Ölkəmizin turizm imkanları



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#50275
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
Qəbələ  -  Bakıdan  225  km  məsafədə  yerləşən  qədim  Qəbələ 

şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. 

Dəniz  səviyyəsindən  1000 

m  yüksəklikdə  yerləşən 

şabalıd  meşəsi  bu  rayonun 

sərvətidir.  Burada  dövlət 

tərəfindən 

mühafizə 

olunan  ağacların  yaşı  500 

ildən  çoxdur.  Mineral  su 

bulaqları  və  təmiz  sulu 

çeşmələri  ilə  isti  yay 

günlərində  ürəklərə  sərinlik  gətirən  Qəbələ  şəhəri  klassik 

musiqisevərlərin də görüş yeridir.  

 Hər ilin yay mövsümündə Qəbələdə beynəlxalq əhəmiyyətli 

klassik  musiqi  festivalı  keçirilir.  Dünyanın  müxtəlif  qitələrindən 

musiqi  xadimləri  sənət  uğurlarını  məhz  bu  füsunkar  məkanda 

açıq  səma  altında  paylaşırlar.  Qəbələdəki  qədim  qalalar, 

məqbərələr,  IX-XI  əsrlərə  aid  qədim  qüllə,  Tarix-diyarşünaslıq 

Muzeyi  tarixi  öyrənmək  istəyənlərin  baş  çəkməli  olduğu 

yerlərdəndir.  Qəbələ  rayonunun  Nic  kəndində  xeyli  abidə 

aşkarlanıb.  Kənddə  olan  Alban  kilsəsi,  “Daş  bulaq”  adlı  tarixi 




16 

 

çeşmə  bu  abidələr  sırasındadır.  Eləcə  də  orijinal  üslubda  tikilən 



bir sıra yaşayış evləri Nicə gələn turistlərin diqqətini cəlb edir. 

Lahıc-İsmayıllı  rayo-

nunun 


Lahıc 

qəsəbəsi 

Azərbaycanın 

qədim 


yaşayış məskənlərindəndir. 

Böyük  Qafqaz  sıra  dağ-

larının  cənub  yamacında 

dəniz  səviyyəsindən  1505 

metr  hündürlükdə  yerləşir. 

Lahıc  Girdiman  çayının 

sahilində  Babadağ  və  Niyaldağ  silsilələri  ilə  əhatə  olunur.  İki 

dağın  əhatəsində olması  Lahıca təbii qala şəraiti  bəxş edir. Belə 

bir  coğrafi  məkan  qədim  zamanlarda  Lahıcın  xarici  təsirlərdən, 

basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaradıb. 

1980-ci  ildən  muzey-qoruğa  çevrilmiş  Lahıcda  həmin 

illərdən 

yadigar 

qalan 


məhəllə  məscidləri,  su 

kəməri  və  kanalizasiya 

(kürəbənd),  Girdiman  qal-

ası  qorunur,  sənətkarlıq 

ənənələri davam və inkişaf 

etdirilir.  Burada  yaşayıb-

yaratmış  misgərlərin,  zər-

gərlərin,  sərracların,  ahən-

gərlərin,  dülgərlərin,  xal-

çaçıların,  nəqqaşların,  çəkmə  və  çarıq  tikənlərin,  eləcə  də  digər 

ustaların  yaratdıqları  maddi-mədəniyyət  nümunələri  hazırda 

dünyada tanınır. 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin