Dənizkənarı Milli Park - Paytaxt sakinlərinin, eləcə də
qonaqların dincəlmək və əylənmək məqsədilə ən çox üz tutduğu
əsas məkanlardandır. Ərazisinin böyüklüyünə görə Avropada
ikinci yerdə olan Bakı Bulvarı
1998-ci il dekabrın 29-dan Milli
Park statusuna malikdir. Hazırda
3 km 700 metr ərazisi olan Milli
Parkda 60-70, 150-200 yaşlı
ağaclar, nadir bitki növləri
gələnlərdə xoş ovqat yaradır.
Burada müntəzəm olaraq fayton və dəniz gəzintiləri təşkil edilir.
Milli Parkda müxtəlif karusel və attraksionlar fəaliyyət göstərir.
Bulvar ərazisində "4D" formatında kino zalı da var.
Dostları ilə paylaş: |