nəqliyyat vasitələrindən istifadə edilə bilər.
20
arxeoloji turlar, atçılıq, safari avtotur, xalça turu kimi marşrutlar
da turistlərin marağına səbəb olur.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin bütün
bölgələri üzrə “Kulinariya turu” mədəni turizm marşrutları
həyata keçirilir. İlkin mərhələdə 2012-2013-cü illərdə Quba və
Lənkəran-Masallı marşrutu üzrə həmin bölgələrin mətbəxi ilə
tanış olmaq məqsədilə ölkəmizin turizm şirkətlərinin və kütləvi
informasiya vasitələri nümayəndələrinin iştirakı ilə infotur təşkil
edilib.
Xalqımızın mədəni dəyərlərinin təbliği, onlardan turizm
məqsədləri üçün daha səmərəli istifadə olunması, həmçinin
regionlarda turizmin inkişafının təmin edilməsi ilə əlaqədar 2015-
ci ildə “Azərbaycanda arxeoloji turizm” adlı mədəni turizm
marşrutu yaradılıb. Bu turizm növünə yerli və xarici turistlərin
cəlb
edilməsi
məqsədilə
Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu
istiqaməti üzrə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
müvafiq marşrut müəyyən olunub və turizm şirkətləri və KİV
nümayəndələri üçün infotur keçirilib.
2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Nəsirədddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında
nazirliyin və turizm şirkətləri nümayəndələrinin iştirakı ilə infotur
keçirilib. Rəsədxanada astroturizmin təşkili ilə bağlı açıq kosmos
gecələrinin nümayişi, astronomiya muzeyinə baxış, teleskoplarda
kosmik obyektlərə müşahidələrin aparılması, həmçinin rəsəd-
xananın müvafiq turizm infrastrukturu və xidmətləri ilə tanışlıq
olub.
Göygöl Milli Parkında Mədəniyyət və Turizm, Ekologiya və
Təbii Sərvətlər nazirliklərinin dəstəyi ilə 2016-cı ildə turizm
şirkətlərinin nümayəndələri üçün infotur təşkil olunub. Tur
çərçivəsində Göygöl Milli Parkında yeni istifadəyə verilmiş bir
sıra mehmanxanalara, həmçinin parkın ərazisində müvafiq turizm
infrastrukturu, yeni ekoloji turizm marşrutları və xidmətləri ilə
tanışlıq iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Dostları ilə paylaş: