Ölkəmizin turizm imkanları


Beynəlxalq turizm marşrutları



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#50275
1   ...   13   14   15   16   17   18   19   20   ...   32
Beynəlxalq turizm marşrutları 

 

Yerli turizm marşrutlarından fərqli olaraq beynəlxalq turizm 

marşrutları iki və daha çox ölkəni əhatə edir və turizm sahəsində 

ikitərəfli  və  çoxtərəfli  əməkdaşlığı  inkişaf  etdirir.  Bu  marşrutlar 

sayəsində  bölgələrimiz  beynəlxalq  səviyyədə  təbliğ  olunur.  Bu 

sırada  “Böyük  İpək  Yolu”,  “Şərab,  mədəniyyət  və  turizm 

mübadiləsi”,  “Aleksandr  Düma  Qafqazda”,  “Azərbaycanda 

alman  məskənləri”  və  “Polyak  izləri”  layihələrini  qeyd  etmək 

olar. 

Nazirliyin  təşəbbüsü  ilə  irəli  sürülmüş  “Aleksandr  Düma 

Qafqazda”  beynəlxalq  mədəni  turizm  marşrutu  layihəsi 

Azərbaycan,  Gürcüstan  və  Dağıstanda  turizmin  inkişafına 

yönəlib.  Layihə  2007-ci  il  30  yanvar  tarixində  Azərbaycan 

Respublikası  Hökuməti  və  Fransa  Respublikası  Hökuməti 

arasında  imzalanmış  “Turizm  sahəsində  əməkdaşlıq  haqqında 

Saziş”də  öz  əksini  tapıb.  Avropa  Şurasının  Mədəni  Marşrutlar 

İnstitutunun  ekspertləri  marşrutu  tədqiq  etmək  məqsədilə 

ölkəmizdə olaraq və Azərbaycan nümayəndələri ilə birgə Qusar-




22 

 

Quba-Sumqayıt-Bakı-Şamaxı-Şəki-Zaqatala-Balakən 



marşrutu 

təsdiq edilib. 

Mövcud  şəraiti  və  potensialı  nəzərə  alınaraq  “Şərab, 

mədəniyyət və turizm mübadiləsi” mədəni turizm marşrutu Bakı-

Şamaxı-İsmayıllı-Şəki-Gəncə-Tovuz  şəhər  və  rayonlarını  əhatə 

edir.  Bakı,  İsmayıllı,  Gəncə  və  Tovuzda  yerləşən  şərab 

zavodlarında  konyak  və  şərabın  satış  mağazaları,  həmçinin 

ziyarətçilər üçün dequstasiya zalları yaradılıb. 

Son dövrlərdə nazirlik tərəfindən həyata keçirilən beynəlxalq 

infoturların  müsbət  nəticələri  və  turistlərin  regional  turizm 

marşrutlarına  artan  marağı  nəzərə  alınaraq,  2014-cü  ilin  30 

sentyabr - 1 oktyabr tarixlərində Gəncə şəhərində III Beynəlxalq 

Şərab  Festivalı  keçirilib.  İtaliya,  Fransa,  Gürcüstan  və 

Moldovadan  olan  şərab  istehsalçıları,  şərabçılıq  ittifaqları  və 

assosiasiyalarının  nümayəndələrinin  iştirak  etdiyi  festivalda 

müxtəlif ölkələrin şərabları nümayiş olunub. 

Bu  turizm  marşrutlarında  iştirak  ölkəmizə  gələn  turistlərin 

sayının artmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına 

xidmət edir. “Azərbaycanda alman məskənləri” və “Polyak izləri” 

turizm  marşrutları  həm  də  ölkəmizdə  tarixən  mövcud  olan 

multikulturalizm mühitinin tanıdılmasına da əlavə zəmin yaradır. 

 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin