Marşrut növləri: Marşrut üzrə gedilən istiqamətdə
yerdəyişmədən asılı olaraq, marşrutun xətti, dairəvi, radial (radius
istiqamətli) və kombinasiyalı (quraşdırılmış) növləri vardır.
Xətti marşrut - başlanğıcı və sonu müxtəlif coğrafi
məntəqələrdə olan marşrut, məsələn, Bakı-Şəki-Sumqayıt-Tiflis.
Dairəvi marşrut - başlanğıcı və sonu eyni coğrafi
məntəqədə olan marşrut, məsələn «Türkiyə turu» (İstanbul -
İzmir - Quşadası - Patnakqala - İstambul). Dairəvi marşrutdan
fərqli olaraq, başlanğıc nöqtəsində yerləşən turist, həmin
nöqtədən müxtəlif istiqamətlərə səyahət edərək yenidən başlanğıc
nöqtəsinə qayıdır. Məsələn, Bakı-Şamaxı-Bakı, Bakı-Gəncə-
Bakı, Bakı-Şəki-Bakı, Bakı-Nabran-Bakı.
Dostları ilə paylaş: |