yənləşdirilib.
11
Tarixi nöqteyi-nəzərdən Azərbaycanda turizmin inkişafını bir
neçə mərhələyə bölmək olar.
Birinci mərhələ qədim dövrlərdən başlamış orta əsrləri əhatə
etməklə XIX əsrin əvvəllərinədək davam edib. Bu mərhələnin
spesifik xüsusiyyətləri turizmin “səyahət”, “səyyahçılıq” anlayışı
ilə əlaqəlidir. Qədim və orta əsrlərin məşhur səyyahları müxtəlif
məqsədlər üçün Azərbaycana səyahəti başa vurub vətənlərinə
qayıtdıqdan sonra ölkəmizin gəzməli, görməli yerləri, təbiəti
haqqında məlumat veriblər.
İkinci mərhələ XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə
- Xalq Cümhuriyyəti dövrünə qədərki tarixi əhatə edir. Bu
mərhələ
Azərbaycanda
turizmin, daha çox ekskursiya
səviyyəsində təşkili üçün ilk özəl birliklərin, cəmiyyətlərin
yaradılması ilə səciyyəvi olub. 1908-ci ildən etibarən
Azərbaycanda müasir turizmin ənənələri özünü göstərməyə
başlayıb.
Üçüncü mərhələ sovet dövrünü - 1920-1991-ci illəri əhatə
edir. Bu mərhələdə Azərbaycanda turizm mütəşəkkil fəaliyyət
sahəsinə çevrilib. Həmin dövrdə Azərbaycan keçmiş SSRİ
məkanında qabaqcıl turizm marşrutlarından biri kimi tanınırdı.
1922-ci ildə Bakıda ilk ekskursiya dərnəkləri fəaliyyətə başlayıb.
1950-ci ildə Bakı Turist Bazası yaradılıb, bir müddət sonra isə
həmin qurum Azərbaycan Turizm və Ekskursiyalar İdarəsinə
çevrilib. 60-70-ci illərdə respublikada turist bazaları, yeni
istirahət mərkəzləri yaradılıb.
Dördüncü mərhələ (1991-ci ildən sonra) ölkəmizin
müstəqillik dövrünü təşkil edir. Yeni tarixi şərait Azərbaycanda
turizmin beynəlxalq standartlar əsasında qurulmasına geniş
imkanlar açıb. Turizm ölkə həyatının mühüm sahələrindən birinə
çevrilib, bu sahənin inkişafı məqsədi ilə əsas prioritetlər
müəyyənləşdirilib.