Azərbaycanda turizm məkanları
İçərişəhər
-
Azərbaycan
memarlığının nadir incisi olan
İçərişəhər Bakının mərkəzində 22
hektarlıq ərazidə yerləşir. Qədim
şəhərdə yüzlərlə tarixi abidə var.
Bunlardan 4-ü dünya, 28-i yerli
əhəmiyyətlidir. Şəhər içərisində
unikal şəhər olan İçərişəhərdə 1300-dən çox ailə yaşayır, bir neçə
muzey, 18 otel, 100-dən artıq ticarət və iaşə obyektləri fəaliyyət
göstərir. Xəzər dənizinin sahilində orta yüksəklikli təpəliklərdə
qərar tutan İçərişəhər qala divarları ilə əhatə olunur. İçərişəhər
Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə 2000-ci ildən
UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.
Dostları ilə paylaş: |