Ölkəmizin turizm imkanları



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#50275
1   2   3   4   5   6   7   8   9   ...   32
İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 30 mart 2017-ci il. 



 

GİRİŞ 

Turizmin  təşkili  işi  istirahət  və  əyləncənin  ən  fəal 

formalarından biri olmaqla yanaşı həm də bir çox sosial-iqtisadi, 

mədəni-siyasi  və  kulturoloji  funksiyaların  həyata  keçirilməsində 

xüsusi  əhəmiyyət  kəsb  edir.  Turizm  müasir  dünyanın  qlobal 

əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, 

müxtəlif  ölkələr  və  xalqlar  arasında  qarşılıqlı  münasibətlər 

yaradan,  biznes  maraqlarının  əhatə  dairəsini  genişləndirən 

sahədir. 

Azərbaycanda  turizm  sahəsinin  inkişafına  ciddi  diqqət 

göstərilməkdədir. 

Azərbaycan 

kontekstində 

də 

ölkənin 


diversifikasiyası,  regionların  inkişafı  üçün  məhz  bu  sənaye 

həlledici  əhəmiyyət  kəsb  edir.  Turizmdə  Azərbaycanın  rəqabət 

imkanları  çox  yüksəkdir.  Təbii  sərvətlərimiz,  rəngarəng 

iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu 

yaratmaq  üçün  mühüm  zəmindir.  Bununla  bərabər,  Azərbaycan 

dövləti  turizm  sahəsinin  inkişafını  iqtisadiyyatın  qeyri-neft 

sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə 

turizmin  təşviqi  ilə  bağlı  görülən  işlər,  aparılan  islahatlar,  qəbul 

edilən 

dövlət 


proqramları, 

normativ-hüquqi 

bazanın 

təkmilləşdirilməsi  bunu  bir  daha  sübut  edir.  Bu  tədbirlər 

nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm 

qoyub,  ölkəmiz  dünyada  yeni  turizm  istiqaməti  kimi  tanınmağa 

başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş 

şəkildə təmin olunur. 

Mədəniyyət  və  Turizm  Nazirliyi  tərəfindən  yaradılmış 

“www.azerbaijan.travel”  rəsmi  milli  turizm  portalı  son  illər 

ərzində  daxili  və  xarici  turistlər  üçün  Azərbaycanın  turizm 

potensialı,  o  cümlədən  təbiəti,  turizm  infrastrukturu,  ictimai 

nəqliyyat  sistemi,  ölkəmizin  unikal  turizm  məhsulları,  turizm 

şirkətləri  və  mehmanxanaları  barədə  geniş  məlumat  bazası  və 

təbliğat  vasitəsi  rolunu  oynayıb.  Gəlmə  turizmi  üzrə  prioritet 

sayılan  ölkələrdə  turizm  potensialımızın  təbliğ  edilməsi 




 

məqsədilə  alman  və  rus  saytlarında  müvafiq  elektron  banerlər 



yerləşdirilib. 

Ölkəmizdə  davamlı  turizmə  nail  olmaq  üçün  qış  turizm 

bazasının  yaradılması  və  mövsümlük  anlayışının  aradan 

qaldırılması  zərurəti  yaranıb.  Bu  məqsədə  nail  olmaq  üçün 

Azərbaycan  Respublikasındakı  “Şahdağ”  Yay-Qış  Turizm 

Kompleksi  dünyadakı  bu  tipli  komplekslərdən  müasirliyi  və 

universallığı  ilə  fərqlənir.  Kompleks  Azərbaycan  tarixində  ilk 

dağ-xizək  kurortudur.  Bir  neçə  il  öncəyə  kimi  Azərbaycan 

vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz 

tuturdular.  Lakin  artıq  Azərbaycanda  iki  qış  turizm  müəssisəsi 

fəaliyyət  göstərir:  Qusardakı  “Şahdağ”  Yay-Qış  İstirahət 

Kompleksi  və  Qəbələ  rayonunda  2014-cü  ilin  yanvar  ayında 

açılışı  olan  “Tufan”  Dağ-Xizək  Mərkəzi.  Bu  iri  komplekslərin 

inşası  göstərir  ki,  Azərbaycanda  təkcə  yay  turizminə  alternativ 

turizm  növlərinin  də  inkişafına  və  bu  sahədə  infrastrukturun 

yaradılmasına xüsusi diqqət göstərilir. 

 Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 

diqqət  və  qayğısı  digər  sahələrdə  olduğu  kimi,  turizm  sahəsində 

də  öz  bəhrəsini  vermiş  və  bu  sahədə  bir  sıra  dövlət  proqramları 

təsdiq edilmişdi. 

Son  bir  neçə  ildə  Azərbaycanda  turizm  sektorunun  inkişafı 

üçün müəyyən addımlar atılıb. Bu məqsədlə yeni otellər, istirahət 

mərkəzləri tikilib, xarici turistlərin ölkəyə cəlb edilməsi üçün viza 

rejimi  sadələşdirilir,  həmçinin  formlar,  sammitlər  və  idman 

oyunları  keçirilir.  Əcnəbi  turistlərin  Azərbaycanda  rahat  və 

təhlükəsiz  istirahət  etmələri  üçün  tam  təminat  var.  Bənzərsiz 

təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicəvi Naftalan 

nefti, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, 

milli  mətbəx  və  bir  çox  digər  amillər  Azərbaycanda  turizmin 

bütün  növlərinin:  işgüzar,  idman,  müalicəvi,  tanışlıq,  ovçuluq, 

ekzotik,  çimərlik,  qastronomik  və  hətta  qış  turizminin  inkişafı 

üçün şərait yaradır. Qarşıdan gələn yay turizm mövsümü ilə bağlı 

ölkəmizin  geniş  turizm  imkanları  ilə  tanış  olmaq  və  istirahətini 



10 

 

təşkil  etmək  məqsədilə  çoxsaylı  turistlərin  Azərbaycana  səfəri 



planlaşdırılır. 

Sonda  əminliklə  qeyd  etmək  olar  ki,  vaxtilə  ümummilli 

liderimiz  Heydər  Əliyevin  təşəbbüsü  ilə  qəbul  edilmiş  "2002-

2005-ci  illərdə  Azərbaycanda  turizmin  inkişafı  proqramı" 

ölkəmizdə  turizm  sektorunun  dirçəlməsinə  təkan  verib.  2002-ci 

ildən  başlayaraq  hər  il  Bakıda  Beynəlxalq  Turizm  Sərgisinin 

(AİTF)  keçirilməsi  də  bu  baxımdan  ciddi  rol  oynayıb. 

Azərbaycan  Prezidenti  İlham  Əliyevin  6  aprel  2010-cu  il  tarixli 

sərəncamı  ilə  təsdiqlənən  "Azərbaycan  Respublikasında  2010-

2014-cü  illərdə  turizmin  inkişafına  dair  Dövlət  Proqramı"  isə 

ölkəmizdə  bu  sahənin  inkişafı  üçün  daha  ciddi  əsas 

yaradıb.Dövlətimizin başçısı ölkəmizdə turizmin inkişafını vacib 

istiqamətlərdən biri kimi şəxsən diqqətdə saxlayır. 

 

 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin