1. s tatistika elminin predmeti,metod və vəzifələri. Statistika müşahidəsi və statistika


Seçmə müşahidəsi.Müşahidə  xətası vəonun növləri



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix01.01.2022
ölçüsü0,79 Mb.
#50342
1   2   3   4   5
Statistika (Mühazirələr) (1)

5.Seçmə müşahidəsi.Müşahidə  xətası vəonun növləri

 

  PLAN: 

1.Seçmə müşahidəsi haqqında anlayış. 

2.Baş və seçmə məcmu,onların ümumi  xarekteristikası. 

3.Müşahidə xətası 

4.Reprezantativ xəta.

  

     1. Seçmə müşahidəsi haqqında anlayış və onun tətbiqi səbəbləri. 



 Öyrənilən məcmunun vahidlərinin əhatə olunmasına görə statistika müşahidəsi ümumi və qeyri-ümumi 

müşahidəyə ayrılır. Qeyri-ümumi müşahidənin ən geniş yayılmış növü seçmə müşahidəsidir. Məcmu 

vahidlərinin bir hissəsinin elmi prinsiplər əsasında seçilib öyrənilməsindən alınmış nəticə bütün 

məcmuya aid edilərsə, belə müşahidəyə seçmə müşahidəsi deyilir. Seçmə müşahidəsinin əsas 

prinsiplərindən biri qərəzsiz seçmə prinsipidir.  Seçmə müşahidəsinin tətbiqi səbəbləri aşağıdakılardır: a) 

seçmə müşahidəsinin tətbiqi nəticəsində, məlumatın həm toplanması, həm də işlənməsi prosesində 

vaxta və vəsaitə xeyli qənaət edilir. Deməli, ümumi mü şahidəyə nisbətən seçmə müşahidəsinin tətbiqi 

iqtisadi cəhətdən faydalıdır.  b) seçmə müşahidəsində məcmu vahidlərinin az bir hissəsi tədqiq 

olunduğuna görə, onu daha geniş proqram əsasında öyrənmək mümkündür. Deməli, hadisəni daha 

ətraflı öyrənmək üçün seçmə müşahidəsindən istifadə edilir.  c) ümumi müşahidənin aparılması mümkün 

olmadıqda seçmə müşahidəsi aparılır. Məsələn, məhsulların keyfiyyətinin öyrənilməsi çox zaman onların 

ya . 


 qismən, ya da tamamilə məhv edilməsilə əlaqədar olduğuna görə ümumi müşahidə aparmaq olmaz. 

Belə ki, elektrik lampalarının keyfiyyətini yanma müddətinə görə yoxlamaq üçün onları laboratoriyada 

sıradan çıxana qədər yandırmaq lazımdır. Südün yağlılıq dərəcəsinin, taxılın təmizliyinin və s. hadisələrin 

keyfiyyətinin tədqiqində də seçmə müşahidəsindən istifadə etmək daha faydalıdır. Buradan aydındır ki, 

belə tədqiqat işlərində ümumi müşahidəni tətbiq etmək olmaz. Məhsulların keyfiyyətinin 

öyrənilməsində ancaq seçmə müşahidəsindən istifadə etmək lazımdır; ç) bəzən ümumi müşahidənin 

nəticəsini dəqiqləşdirmək üçün seçmə müşahidəsi aparılır. Məsələn, müəssisə, idarə və təşkilatların 

statistika hesabatlarında verilən məlumatın dəqiqliyini yoxlamaq üçün seçmə müşahidəsindən istifadə 

edilir 

. 2 Baş və seçmə məcmu, onların ümumi xarakteristikaları  

Öyrənilən hadisənin bütün məcmu vahidlərinin cəminə baş məcmu deyilir. Tədqiq etmək üçün baş 

məcmudan seçilmiş vahidlərin məcmusu seçmə məcmu adlanır.  

Müşahidə xətası 



 Müşahidə həyata keçirilərkən faktların qeydə alınması zamanı xəyata (səhvə) yol verilə bilər. Xəta 

müşahidənin obyektindən, subyektindən və aparılma üsulundan asılı olaraq baş verə bilər. Belə ki, 

obyekt səhv məlumatlar verdikdə, müşahidə zamanı qeyd edilən əlamətlərin hesablanması və ölçülməsi 

dəqiq olmadıqda xəta meydana gələ bilər. Bu cür xətalar qeyd xətası adlanır. Qeyd xətası təsadüfi və 

müntəzəm ola bilər 

  

  



Təsadüfi qeyd xətası əlamətin qeydə alınması zamanı qəsdlə deyil, təsadüfən səhvə yol verilməsi zamanı 

yaranır. Bu xəta həm əlamətin artması, həm də azalması istiqamətində yönələ bilər. Ona görə də böyük 

saylı məlumatların ümumiləşdirilməsi zamanı təsadüfi qeyd xətası qarşılıqlı ödənir və ümumiləşdirici 

xarakteristikalarda ciddi təhriflərə səbəb olmur. Təsadüfi qeyd xətasından fərqli olaraq müntəzəm qeyd 

xətası isə təhlükəli hesab edilir. Bu xəta qəsdən edilən və qəsdən edilməyən müntəzəm qeyd xətalarına 

ayrılır. Məcmunun ümumi xarakteristikalarının hesablanması zamanı bu cür xətalar qarşılıqlı ödənmir, 

toplanaraq cəmlənir və onların əhəmiyyətli dərəcədə artmasına və ya azalmasına səbəb olur. 

Müşahidəni aparan subyekt nə qədər səriştəlidirsə və yüksək ixtisasa malikdirsə, müşahidə obyekti və 

müntəzəm xətanın mümkün mənbələri ilə nə qədər yaxşı tanışdırsa, müntəzəm qeyd xətası bir o qədər 

az olar. Başdan - başa olmayan müşahidədə, o cümlədən seçmədə qeyd xətasından başqa reprezentativ 

adlandırılan xətaya da yol verilə bilər. Reprezentativ sözü fransız dilindən alınma söz olub hərfi 

tərcümədə “təmsil etmə” deməkdir. Reprezentativ xətanın yaranmasına səbəb tədqiqat üçün götürülən 

məcmu hissəsinin öyrənilən əlamətə görə quruluşunun bütövlükdə məcmunun quruluşundan 

fərqlənməsidir. Bununla bağlı olaraq seçilmiş hissəsinin ümumiləşdirici xarakteristikaları bütövlükdə 

məcmunun ümumiləşdirici xarakteristikalarından az və ya çox dərəcədə fərqlənir. Reprezentativ xəta da 

təsadüfi və müntəzəm ola bilər. Müntəzəm xəta seçmənin aparılma prinsipi pozulduqda yaranır. Seçmə 

tədqiqatında onun yaranma mənbəyi seçmənin təsadüfiliyi prinsipinin pozulmasıdır. Təsadüfi xəta isə 

tamamilə düzgün təşkil edilmiş seçmə zamanı da mümkündür. 

 Reprezentativ xəta  

  

Seçmə müşahidəsi elmi əsasda təşkil edildikdə onun ümumiləşdirici göstəriciləri baş məcmunun 



ümumiləşdirici göstəricilərinə çox yaxın ola bilər, yəni seçmə məcmusunun göstəriciləri baş məcmunun 

göstəricilərini düzgün təmsil edə bilər. Buna seçmə müşahidəsinin reprezentativliyi deyilir. 

"Reprezentativ" fransız sözü olub, təmsil etmək deməkdir. Seçmə məcmusu göstəricilərinin baş məcmu 

göstəricilərinə yaxınlıq dərəcəsini öyrənmək üçün, başqa sözlə, seçmə müşahidəsi nəticəsində alınmış 

statistika materiallarının dəqiqliyini müəyyən etmək üçün baş məcmu ilə seçmə məcmusunun 

göstəriciləri arasındakı fərqi müəyyənləşdirmək lazımdır. Qeyd etmək lazımdır ki, ümumi müşahidədə 

olduğu kimi, seçmə müşahidəsində də qeyd xətası baş verə bilər. Lakin sübut olunmuşdur ki, ümumi 

müşahidəyə nisbətən seçmə müşahidəsində qeyd xətası xeyli az olur. Bununla bərabər, ümumi 

müşahidədə baş verməyən və ancaq seçmə müşahidəsinə xas olan reprezentativ xəta da mövcuddur.   

Seçmə məcmunun göstəriciləri ilə baş məcmunun göstəriciləri arasındakı fərqə reprezentativ xəta 

deyilir. Qeyd xətasında olduğu kimi, reprezentativ xəta da müntəzəm və təsadüfi xətaya ayrılır. Seçmə 

müşahidəsinin aparılması prinsipi pozulduqda əmələ gələn xəta müntəzəm reprezentativ xəta adlanır.  

Seçmə müşahidəsi obyektiv, qərəzsiz aparılıb, bütün vahidlərin elmi qaydada seçilməsi təmin edilərsə, 



müntəzəm reprezentativ xəta baş verməz. Lakin seçmə müşahidəsi düzgün aparıldıqda belə, seçmə 

məcmusu ilə baş məcmu göstəriciləri arasında fərq əmələ gəlir. Bu fərq seçmə məcmusunun baş 

məcmunun bütün vahidlərini əhatə etməməsindən irəli gəlir. Seçmə müşahidəsinin aparılması 

prinsiplərinə əməl edildikdə belə, seçmə məcmusu ilə baş məcmu arasında əmələ gələn fərq təsadüfi 

reprezentativ xəta adlanır. Təsadüfi reprezentativ xəta ancaq seçmə müşahidəsinə xasdır. Statistikanın 

vəzifəsi ehtimal nəzəriyyəsinin teoremləri əsasında reprezentativ xətanın həcmini və onun mümkün 

hüdudlarını müəyyən etməkdir.   

 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin