1. s tatistika elminin predmeti,metod və vəzifələri. Statistika müşahidəsi və statistika



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə5/5
tarix01.01.2022
ölçüsü0,79 Mb.
#50342
1   2   3   4   5
Statistika (Mühazirələr) (1)

6.Dinamika sıraları və indekslər.

 

  PLAN: 

1.Dinamika sıraları və onun növləri. 

2.İndekslər və onun növləri. 

 

Statistikanın mühüm vəzifələrindən biri tədqiq edilən göstəricilərin  zaman etibarı ilə 



dəyişilməsini öyrənməkdən ibarətdir. Dinamika yunan sözü olub, “qüvvə”, «xronos» isə «vaxt» 

deməkdir.   Statistik göstəricilərin qiymətlərinin xronoloji ardıcıllıqla düzülüşünə dinamika 

(zaman) sıraları deyilir. Dinamika sıralarının statistik işlənməsi üsulları XX əsrin iyirminci illərində 

intensiv inkişaf etməyə başlamışdır. Çünki bu dövrdən başlayaraq ayrı-ayrı ölkələrin iqtisadi 

inkişafında ciddi dəyişikliklər baş verməyə başlamışdır. Dünya sosializm sisteminin süquta 

uğraması ilə əlaqədar olaraq bir sıra ölkələrin, o cümlədən postsovet məkanında yaranmış 

müstəqil dövlətlərin iqtisadi inkişafında da ciddi dəyişikliklər baş vermişdir. Bu hadisə və 

proseslərin zaman etibarı ilə dəyişilməsini xarakterizə etmək üçün dinamika sıraları 

qurulmalıdır. Çünki onların inkişaf istiqamətlərini və qanunauyğunluqlarını aşkar etmək üçün 

müşahidə nəticəsində toplanmış məlumatları dinamika sıraları şəklində göstərmək mühüm 

əhəmiyyət kəsb edir.  Hər bir  dinamika sırası iki elementdən ibarətdir: birincisi statistika 

məlumatlarının aid olduğu vaxt anı (tarix və ya dövr), gün, ay, il göstərilir; ikincisi müəyyən vaxt 

anında öyrənilən obyekti xarakterizə edən statistik göstəricilər verilir.  Öyrənilən obyekti 

xarakterizə edən statistik göstəricilərə sıranın səviyyəsi deyilir. Hər iki element – vaxt və səviyyə 

dinamika sırasının üzvləri adlanır. Dinamika sıralarını düzgün tətbiq etmək üçün onların 

növlərini bilmək lazımdır. Vaxt əlamətinə görə dinamika sıraları an və fasilə dinamika sıralarına 

ayrılır. Müəyyən vaxt anına görə sosial - iqtisadi hadisənin həcminin, səviyyəsinin dəyişilməsini 

xarakterizə edən göstəricilər sırasına an dinamika sırası deyilir. Göründüyü kimi an dinamika 

sırasında sıranın səviyyəsi müəyyən tarixə verilir. Məsələn, statistika müşahidəsi nəticəsində 

əhalinin sayı, kənd təsərrüfatı maşınlarının sayı və gücü, mal-qaranın sayı, ticarətdə əmtəə qalığı 

və s. haqqında toplanılan məlumat an dinamika sıraları şəklinlə sistemləşdirilir 

  An dinamika sıralarının səviyyələrini cəmləməyin mənası yoxdur, çünki eyni bir kəmiyyət bir 

neçə dəfə müxtəlif səviyyələrdə təkrar iştirak edir.  Müəyyən vaxt fasiləsində sosial-iqtisadi 



hadisələrin həcminin, səviyyəsinin dəyişilməsini ifadə edən göstəricilər sırasına fasilə dinamika 

sırası deyilir. Tərifdən göründüyü kimi, fasilə dinamika sırasında sıranın hər bir səviyyəsi 

müəyyən dövr ərzində hadisənin həcmini, səviyyəsini xarakterizə edir. An dinamika sıralarından 

fərqli olaraq fasiləli dinamika sıralarının səviyyələrini cəmləmək olar və cəmləmə nəticəsində 

iqtisadi mənası olan göstərici alınacaqdır. Belə ki, cəmləmənin nəticəsində alınan göstərici daha 

iri dövr ərzində hadisənin həcmini xarakterizə edir. Məsələn, sıranın günlük səviyyəsini 

cəmləmək nəticəsində 10 günlük, yarımaylıq, aylıq səviyyəni cəmləməklə rüblük və illik 

səviyyəni, illik səviyyə əsasında isə beş illik, onillik və s. səviyyəni almaq mümkündür.   Fasiləli 

dinamika sırasının səviyyəsini ardıcıl olaraq toplamaq yolu ilə artan yekunlarla dinamika sırası 

qurmaq olar. Dinamika sırasında öz əksini tapan vaxtın tamlığına görə, onları tam və tam 

olmayan dinamika sırasına ayırırlar. Dinamika sırasında dövrlər ardıcıl bərabər fasilələrlə 

verilərsə, belə sıraya tam dinamika sırası deyilir.  Tam olmayan dinamika sıralarında isə ardıcıl 

bərabər fasiləli dövrlər verilmir.  Dinamika sıralarının səviyyələrinin ifadə olunma üsuluna görə 

onları mütləq, orta və nisbi göstəricilərlə ifadə olunan dinamika sıralarına ayırırlar 

. İndekslər haqqında anlayış    İndekslər statistikada mühüm ümumiləşdirici göstəricilərdəndir. 

İndekslər statistikanın göstəriciləri sistemində mühüm yer tutur.   İctimai-iqtisadi hadisələrin 

dinamikasını öyrənmək və ona ayrı-ayrı amillərin təsirini müəyyən etmək, hadisələr arasında 

qarşılıqlı əlaqələri təhlil etmək, müxtəlif ölkələrin, iqtisadi rayonların və s. iqtisadi inkişafını 

müqayisə etmək üçün indekslərdən geniş istifadə olunur.  Statistikada bilavasitə cəml ənə 

bilməyən elementlərdən ibarət olan mürəkkəb ictimai-iqtisadi hadisələrin zaman və məkana 

görə dəyişilməsini ifadə edən nisbi göstəricilərə indeks deyilir. İndekslər vasitəsilə məhsulun 

həcminin dəyişilməsini, qiymətlərin dəyişilməsini, əmək məhsuldarlığının və məhsulun maya 

dəyərinin dəyişilməsini öyrənmək mümkündür.   Statistikanın öyrəndiyi bir çox iqtisadi hadisələr 

bilavasitə cəmlənə bilməyən elementlərdən ibarətdir. Məsələn, məcmu ictimai məhsul ayrı-ayrı 

maddi istehsal sahələrində-sənayedə, kənd təsərrüfatında, tikintidə, maddi-texniki təchizatda, 

yük nəqliyyatında və s. sahələrdə istehsal olunan ümumi məhsuldan əmələ gəlir. Maddi istehsal 

sahələrinin hər birində də ayrılıqda çoxlu müxtəlif növ məhsul istehsal olunur. Məsələn, kənd 

təsərrüfatında buğda, qarğıdalı, arpa, düyü, pambıq, çay, meyvə-tərəvəz və bostan bitkiləri, süd, 

yun, yumurta və s. istehsal olunur. Bunlar natura şəklində cəml ənə bilməz, çünki onlar müxtəlif 

istehlak dəyərlərinə malikdir və müxtəlif ölçü vahidləri ilə ifadə olunur.   Belə mürəkkəb 

hadisələrin dəyişilməsi indekslərin köməyi ilə öyrənilir. Sovet statistikasında indekslərdən 

hadisələrin dinamikasının təhlilində, ərazi üzrə göstəricilərin səviyyəsinin müqayisəsində iqtisadi 

hadisələrin zaman və məkana görə dəyişilməsinə təsir edən amillərin təhlilində geniş miqyasda 

istifadə edilir. Yetkin sosializm şəraitində indekslər planlaşdırmanın mühüm vasitələrindən 

birinə çevrilmişdir. Bir çox plan tapşırıqları indekslər şəklində ifadə olunur. İndekslər  planların 

yerinə yetirilməsinin təhlilində mühüm yer tutur. 

 İndekslərin növləri   

 Mürəkkəb ictimai-iqtisadi hadisələrin elementlərinin əhatə olunması nöqteyi-nəzərindən 

indekslər fərdi indekslərə, qrup indekslərinə və ümumi indekslərə ayrılır.   Mürəkkəb hadisənin 



ayrı-ayrı tərkib elementlərinin dəyişilməsini xarakterizə edən göstəricilərə fərdi indekslər deyilir. 

Fərdi indekslər mahiyyətcə nisbi kəmiyyətlərdən (müqavilə öhdəliyi, dinamika və müqayisə nisbi 

kəmiyyətlərindən) fərqlənmir. Ona görə də nisbi kəmiyyətlərin düzgün hesablanmasına aid olan 

bütün tələbləri indekslərə də aid etmək lazımd ır. Bu tələblərdən ən başlıcası öyrənilən 

kəmiyyətlərin yekcins, müqayisəli olmasıdır. İndekslər ancaq müqayisəli şəkildə olan məlumat 

əsasında hesablanmalıdır.  



  

 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin