Microsoft Word Qasimov-ias docx


  Google axtarış sisteminin inkişaf tarixi



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə143/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   177
N 406

9.3.  Google axtarış sisteminin inkişaf tarixi 
1995-ci ildə Stenford Universitetinin kompüter elmləri 
kafedrasının iki aspirantı – Larri Peyc və Sergey Brin in-
formasiya texnologiyaları sahəsinin  ən ciddi problemlərin-
dən biri olan böyük məlumatlar massivində (o cümlədən 
internetdə) lazımi informasiyanın axtarılması  məsələsinin 
həllinə vahid yanaşmanı formalaşdırdılar. Bu yanaşma hər 
hansı sayta internetin digər informasiya ehtiyatlarından 
istiqamətlənmiş istinadların təhlilinə  əsaslanan unikal 
yanaşma idi. Əsası 1996-cı ilin yanvarında qoyulan və 
BackRub adlanan bu texnologiya 1997-ci ildə artıq kifayət 
qədər tanınmışdı. 
1998-ci ilin birinci yarısında ümumi həcmi 1 terabayt 
olan bərk disklər alan L.Peyc və S.Brin Google sisteminin 
ilk verilənlər mərkəzini (bazasını) yaratdılar. Həmin il 
Google  şirkəti yaradıldı  və Kaliforniyada Menlo-Parkda 
fəaliyyətə başladı. Həmin dövrdə Google.com saytı (saytın 
beta versiyası) artıq gün ərzində 10000 axtarış sorğusunu 
emal edirdi. Həmin ilin dekabrında isə (o zaman şirkət 
qarajda yerləşirdi və 3 əməkdaşı vardı) Google saytı PC 
Magazin jurnalı  tərəfindən dünyanın 100 ən yaxşı web-
saytları və axtarış serverləri sırasına daxil edilmişdi.  
1999-cu ilin əvvəlində Palo-Alto şəhərində Avenyu 
Universitetində  əsas ofisinə köçən, artıq 8 əməkdaşı olan 
və gün ərzində 500000 sorğu emal edən Google Inc. Şir-
kətinə maraq günbəgün artırdı.  


250 
ABŞ-ın aparıcı şirkətlərini investorlar qismində cəlb et-
məyə başlayan Google şirkəti 1999-cu ilin iyun ayında Si-
likon vadisinin aparıcı Sequoia Capital və Kleiner Perkins 
Caufield & Byers şirkətlərindən 25 milyon ABŞ dolları 
həcmində kredit ala bildi. Həmin dövrdə Google Auntin-
Vyuda (Kaliforniya) yerləşən Googleplex adlanan ofisə 
(bu ofis hazırda da şirkətin mənzil-qərargahıdır) köçdü. 
AOL/Netscape  şirkətinin, Virgilo İtaliya portalının və 
Virgin Net Böyük Britaniya soraqçasının Google-un müş-
təriləri sırasına qoşulması nəticəsində ona müraciət edilən 
gündəlik axtarış sorğularının sayı 3 milyonu ötüb keçdi. 
1999-cu ilin sentyabr ayının 21-də Google web-say-
tından “beta” əlavəsini götürdü. Google 1999-cu ildə Time 
jurnalı tərəfindən dünyanın ən yaxşı kibernetik texnologi-
yalar onluğuna daxil edildi. İnternetin milyarddan artıq 
səhifəsini indeksləşdirməklə dünyanın  ən böyük axtarış 
serveri kimi tanınan Google 2000-ci ildə texniki nailiyyət-
lərə görə Webby Award və People’s Voise Award müka-
fatlarına layiq görüldü. Həmin ilin sonunda Google gün 
ərzində 100 milyon axtarış sorğusu emal edirdi. 
2001-ci ilin əvvəlində Deja.com xəbərlər arxivinə sahib 
olan Google internetin ən böyük xəbərlər sistemi Usenet 
arxivinin axtarış formatına çevrilməsi kimi çətin məsələni 
həyata keçirdi və uzun illər ərzində toplanmış 500 milyon-
dan artıq xəbəri indeksləşdirdi. Həmin ilin sonunda 
Google axtarış sisteminin indeksi 3 milyard sənədi özündə 
birləşdirirdi. 
Lycos Koreya şirkəti ilə imzalanmış razılaşma Asiyada 
daha geniş istifadəçi dairəsi üçün Google axtarış imkanları 
yarandı, Universo Online (UOL) ilə  əməkdaşlıq isə 
Google axtarış sistemini Latın Amerikasında  əsas axtarış 


251 
serverinə çevirdi. Google artıq 28 dildə, o cümlədən türk 
və ərəb dillərində axtarış aparmağa imkan verirdi. 
2002-ci ilin fevralında Google Search Appliance aparat 
axtarış kompleksi tətbiq olunmağa başladı. Asanlıqla qo-
şula bilən bu aparat vasitəsi korporativ intraşəbəkələrin, 
elektron ticarət saytlarının, universitetlərin və müxtəlif sə-
viyyəli təşkilatların  şəbəkələrinin skan edilməsini həyata 
keçirirdi. Həmin dövrdə 2001-ci il üçün Search Engine 
Watch Awards konkursunda Web-masterlər cəmiyyəti 
Google  şirkətinə  bır sıra nominasiyalar üzrə prizləri təq-
dim etmişdi: 
-  qabaqcıl axtarış xidmətinə görə – Outstanding 
Search Service; 
-  təsvirlər (şəkillər) üzrə ən yaxşı axtarış serveri – Best 
Image Search Engine; 
-  ən yaxşı dizayn – Best Design; 
-  web-masterlər üçün ən rahat axtarış sistemi – Most 
Webmaster Friendly Search Engine; 
-  ən yaxşı axtarış funksiyası – Best Search Feature. 
Google-un internet əlavələri (API) proqram interfeysinin 
qurulması digər proqramlara axtarış sisteminə bilavasitə 
sorğular göndərmək və milyardlarla web-sənədlərdən məlu-
matlar  əldə etmək, habelə Google-un bazasında oyundan 
başlayaraq yeni axtarış interfeyslərinədək müxtəlif yeni-
likləri və texnologiyaları tətbiq etmək imkanlarını yaratdı. 
2002-ci ildə Google AdWords reklam sistemini, o cüm-
lədən reklam və elanlar üzərində hər “klikə” görə qiymətin 
hesablanması sxemini yeniləşdirdi. Bu sxemə görə axtarış 
səhifələrində reklam yerləşdirmək həm böyük, həm də 
kiçik müəssisələr üçün iqtisadi baxımdan sərfəli oldu. 
Google-un reklam siyasətində  əsas diqqət istifadəçinin 
üzərində  cəmləşir. Reklam səhəsində yenilik olan bu 


252 
yanaşma istifadəçilərin sorğularının məzmununa uyğun-
luq, reklamın göstərilməsi məqsədilə müvafiq auditoriya-
nın seçilməsi üçün açar sözlərin istifadəsi və elanların 
reytinqinin müəyyən edilməsi texnologiyalarını özündə 
birləşdirir. Bu yanaşmanın sayəsində elanlar yalnız onları 
maraqlandıra biləcək istifadəçilərə göstərilir. Ona görədə 
Gogle-nin reklam siyasəti həm istifadəçilər, həm də 
reklamverənlər üçün sərfəli olur. 
AdWords reklam sistemi elə etimad qazandı ki, 2002-ci 
ilin mayında Amerikanın internet xidməti təqdim edən 
əsas  şirkəti olan America Online özünün 34 milyonluq 
istifadəçi və on milyonlarla digər müştəriləri üçün axtarış 
və reklam sistemi qismində Google axtarış sistemini seç-
mişdi. Həmin dövrdə America Online Google sistemini 
web-axtarışın çempionu və kralı adlandırmışdı.  
Sentyabr ayında Google Xəbərlər xidmətinin beta-sersi-
yası, dekabr ayında isə Froogle xidməti fəaliyyətə başladı. 
Xəbərlər xidməti eyni zamanda dünyanın 4500 aparıcı 
xəbər mənbələrinə girişi təmin edirdi. Froogle xidməti 
milyonlarla relevant web-saytlar arasından müəyyən məh-
sulların bir neçə  mənbəsini tapmaqda (müvafiq şəkil və 
qiymətləri əks etdirməklə) istifadəçilərə yardım göstərir. 
2003-cü ildə Google Pyra Labs şirkətini aldı  və Blogger 
evinə çevrildi. Bir müddət sonra Google AdSense proqra-
mını reallaşdırıldı. AdSense istənilən ölçüdə web-saytlara 
sadə üsulla (web-səhifələrdə onların məzmununa uyğun 
elanların yerləşdirilməsi yolu ilə) qazanc əldə etməyə imkan 
verirdi. Belə ki, Google AdSense texnologiyası istənilən 
web-səhifənin mətnini təhlil edir və ona uyğun olan elanları 
göstərir. Google saytının indeksinin həcmi 4,28 milyard 
web-səhifə olduğu həmin ildə Amerika marketinq jurnalı 


253 
Brandchannel yenidən Google şirkətini ilin brendi, ABC 
News isə L.Peyci və S.Brini “Həftənin adamları” adlandırdı. 
2004-cü ilin fevralında Google indeksi 6 milyarddan 
artıq elementin, o cümlədən 4,28 milyard web-səhifənin, 
880 milyon şəklin, 845 milyon Usenet xəbərin və kitablara 
dair səhifələrin kolleksiyasını özündə birləşdirirdi.  
Həmin ilin aprel ayında Google şirkəti elmi-tədqiqat 
mərkəzinin və Gmail poçt xidmətinin açılması planı barə-
də məlumat yaydı. Gmail poçt xidməti hər bir istifadəçiyə 
həcmi 1 GB olan pulsuz poçt qutusu təqdim edirdi.  
May ayında Google məşhur onlayn nəşr xidməti olan 
Blogger-in yeni versiyasını, oktyabrında isə pulsuz yüklənən 
və fərdi kompüterdə faylların lokal axtarılması üçün nəzərdə 
tutulan Google Desktop Search əlavəsini, eləcə  də Google 
SMS xidmətini istifadəyə verdi. Sentyabr ayında artıq 
Google saytının müxtəlif ölkələrdə 100-dən artıq domeni 
(axtarış serveri) fəaliyyət göstərirdi. Oktyabr ayında Google 
rəqəmsal və peyk xəritələrinin işlənməsi ilə  məşğul olan 
Keyhole Corp şirkətini aldı  və istifadəçilərə Yer kürəsinin 
istənilən nöqtəsinin üçölçülü təsvirinə baxmaq üçün yeni 
güçlü axtarış imkanı təqdim etdi. Noyabr ayında Google-un 
indeksinin həcmi 8 milyard web-səhifəni ötüb keçmişdi. 
2005-ci ildə korporativ şəbəkələrdə daxili saytlar və şə-
bəkələr üzrə axtarış aparmaq üçün nəzərdə tutulmuş 
Google Mini, televiziya verilişlərindən informasiya yaz-
mağa və onlar üzrə axtarış aparmağa imkan verən Google 
Video sistemləri istifadəyə verildi.  
Həmin dövrdə Google-un təsvirlər (şəkillər) üzrə axta-
rış xidmətinin verilənlər bazasına 1 milyarddan artıq təsvir 
(fotoqrafiyalar, çertyojlar, şəkillər, eskizlər, karikaturalar, 
plakatlar və s.) daxil idi. Avqust ayında kompüter vasitə-
silə istənilən vaxtda və istənilən yerdə insanlar arasında 


254 
ünsiyyət yaratmaq üçün nəzərdə tutulmuş pulsuz vasitə 
olan Google Talk, səsin ötürülməsi üçün Crystal-Clear 
texnologiyaları, sentyabr ayında bütün dünya üzrə bloqlar-
da sürətli informasiya axtarışını  təmin edən Google Blog 
Search modulu istifadəyə verildi.  
Noyabr ayında müxtəlif məzmunlu məlumatların (mə-
sələn, malların siyahısı, elmi məlumatlar, reseptlər, siya-
hılar və s.) yüklənməsini təmin edən Google Base, onlayın 
və marketinq şirkətlərinin faktiki nəticələrini təhlil etmək 
imkanı verən Google Analytics xidmətləri reallaşdırıldı. 
İlin sonuna doğru Google-da özündə bəstəkarlar, ifaçılar, 
müsiqinin adı, janrı, alboma istinadlar, rəylər, onların sa-
tıldığı mağazalar haqqında məlumatları birləşdirən musiqi 
faylları üzrə axtarış funksiyası işə başladı.  
2005-ci ildə peykdən alınmış təsvirlər şəklində xəritələ-
rə baxmaq, üç olçülü qurğu və tikililəri göstərmək imkanı-
nı reallaşdıran, kartoqrafik və axtarış funksiyalarını  təq-
dim edən Google Yer Planeti xidməti təqdim olundu. 
Windows mühitində  mətn və  səs tipli məlumatları müba-
dilə etməyə imkan verən Google Talk proqram əlavəsi 
istifadəçilərə  təqdim olundu. Həmin il Google sisteminə 
maşın tərcüməsi funksiyası əlavə edildi. 
2006-cı ildə Google PageRank texnologiyasını real-
laşdırdı. PageRank web-səhifələrin  əhəmiyyətliliyini ob-
yektiv qiymətləndirməyə imkan verirdi. Bunun üçün 
PageRank modulu 500-dən çox dəyişənə və 2 milyarddan 
artıq terminə görə  tənlikləri həll edir. PageRank texnolo-
giyasına görə birbaşa istinadlar əvəzinə bir səhifənin digər 
səhifəyə istinadı ikinci səhifənin xeyrinə (və ya zərərinə) 
səsvermə kimi qəbul edilir və verilmiş  səsələrin sayına 
görə konkret səhifənin əhəmiyyətliliyi qiymətləndirilir. 


 
 
255 
 
Google PageRank texnologiyası ilə yanaşı hipermətn-
lərin məzmununu təhlil edir, şriftlərin ölçüsü, stili və 
forması, altbölmələrin adları, sözlərin sənədlərdə yeri və s. 
nəzərə alınır. 
Google simsiz qurğularda axtarış texnologiyasını inki-
şaf etdirərək, WAP, i-mode, J-SKY və EZWeb rejimləri 
ilə yanaşı AT&T Wireless, Sprint PCS, Nextel, Palm, 
Handspring və Vodafone şirkətləri də daxil olmaqla sim-
siz texnologiyalar təklif edən aparıcı şirkətlərə öz xidmət-
lərini təqdim edir. 
2006-cı ildə Google şirkəti videoçarxların mübadiləsi 
sistemi olan Youtube saytını aldı. Bu gün milyonlarla vi-
deoçarxı özündə saxlayan Youtube saytına hər dəqiqə  ər-
zində 60 saatlıq video yüklənir. 2007-ci ildə mobil qurğu-
lar üçün Android əməliyyat sistemi, 2008-ci ildə Google 
Chrome brauzeri istifadəyə verildi, 2011-ci ildə isə 
Google+ layihəsi həyata keçirildi. 
Hal-hazıradək Google Android əməliyyat sistemi, 
Youtube, Google Plus, Nexus qurğuları, axtarış və nizam-
lama mexanizmlərinin təkmilləşdirilməsi və digər sahələ-
rdə müxtəlif yeniliklər və yeni texnologiyalar tətbiq et-
məkdə davam edir. Hazırda Google tərcüməçi sistemində 
dillərin ümumi sayı 80-i ötüb keçmişdir. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin