Adekvatlıq (dəqiqlik) – informasiyanın əks olunan ob-
yekt, proses və ya hadisəyə birqiymətli uyğunluğu xas-
səsidir. Təqdim etdiyi obyektə həqiqətən uyğun olan in-
formasiya adekvat informasiya adlanır. Əgər informasiya-
nın köməyi ilə real obyekt, proses, hadisə haqqında ob-
yektiv təqdimat yaratmaq mümkündürsə, onda həmin in-
formasiya adekvatdır.
Əlyetərlilik – informasiyanın istifadəçi tərəfindən əldə
oluna bilməsi imkanları ilə xarakterizə olunan xassəsidir.
Əlyetərlilik – informasiyanın əldə olunmasının mümkün-
lüyünün ölçüsüdür. Əgər informasiyanın əldə edilməsi və
çevrilməsi imkanları varsa, onda deyirlər ki, informasiya
əl çatandaır (əl yetəndir). İnformasiyanın əlyetərliliyi həm
də qəbuletmə üçün onun təqdim edilməsi forması ilə
müəyyən olunur. Əgər informasiya başa düşülməyən və ya
qavrama üçün aydın olmayan şəkildə ifadə olunubsa, onda
o, əldə olunmayan hesab edilir.