32
Doğru informasiya düzgün qərar qəbul etməyə kömək
edir. İnformasiyanın məzmununun qəsdən təhrif edilməsi
(dezinformasiya), subyektiv siqnalın təsadüfən, küylərin
təsiri nəticəsində təhrif olunması, informasiyanın təsbit
edilməsində səhvlərin olması və digər səbəblərdən onun
doğruluğu pozula bilər. Ümumi halda, haqqında məlumat
ötürülən hadisənin başvermə vaxtının göstərilməsi, müx-
təlif mənbələrdən alınmış məlumatların tutuşdurulması,
dezinformasiyanın vaxtında aşkarlanması, təhrif olunmuş
informasiyanın istisna edilməsi yolu ilə informasiyanın
doğruluğunu təmin etmək olar.
Dostları ilə paylaş: