40
dim edilir. Bu formalar sistemdə əvvəlcədən tərtib edildiyi
üçün onların quruluşu məhdudlaşdırılmış olur.
Son illərdə təbii dildə olan mətn tipli sənədlərin, qrafik,
audio-video və başqa formalarda olan verilənlərin işlən-
məsini, informasiyanın intellektual emalını yerinə yetirən
avtomatlaşdırılmış informasiya sistemləri meydana gəl-
mişdir. Belə sistemlər strukturlaşdırılmış və formallaşdırıl-
mış verilənlərlə deyil, strukturlaşdırılmamış,
zəif struktur-
laşdırılmış, hətta sistemləşdirilməmiş mətnləri, cədvəlləri,
qrafikləri və audio-video verilənləri və s. özündə saxlayan
mürəkkəb sənədlərlə işləyir. İS-in ikinci əsas sinfini təşkil
edən bu sistemləri
sənədli informasiya sistemləri (SİS)
adlandırırlar.
Müasir sənədli informasiya sistemləri çox vaxt ayrı-ayrı
müəlliflər tərəfindən müxtəlif
formatlarda və kodlarda
ayrı-ayrı məqsədlər üçün yaradılan və çox böyük həcmə
malik olan informasiya ehtiyatlarını özündə birləşdirir.
SİS-in verilənləri (ehtiyatları) və ya məlumatları qismində
ASCII, Win, KOI, UNICODE və s. formatlarda, müxtəlif
dillərdə hazırlanmış mətnlər, hipermətnlər, GIF, JPG,
Photoshop, Corel, Paint formatlarında olan şəkillər, audio-
video
məlumatlar, Access, Oracle, Foxbase, Paradox sis-
temlərinin köməyi ilə yaradılmış verilənlər bazaları, Excel
sistemində qurulmuş elektron cədvəllər, MS Word və ya
Adobe Acrobat sistemlərində hazırlanmış mətnləri, qrafik-
ləri, şəkilləri, cədvəlləri və s. özündə birləşdirən mürəkkəb
sənədlər ola bilər.
SİS
kitablar, dərsliklər, monoqrafiyalar, dissertasiyalar,
avtoreferatlar, elmi məqalələr, qanunlar, kommersiya tək-
lifləri,
təsvirlər, təlimatlar və s. şəklində təbii dildə hazır-
lanmış sənədlərin tam mətnləri ilə işlədikləri üçün çox
41
vaxt onlara
tammətnli informasiya sistemləri (TİS)
deyirlər.
SİS-də məlumatlar daha mürəkkəb struktura və xüsu-
siyyətə malik olduğuna görə bu sistemlərdə məlumatların
təqdim olunması, saxlanılması, emalı, seçilib götürülməsi,
habelə axtarış sorğularının tərtib olunması və lazım olan
informasiyanın axtarılması prinsipləri, üsul və mexanizm-
ləri ənənəvi FİS-də reallaşdırılan üsul və mexanizmlərdən
köklü surətdə fərqlənirlər.
Belə informasiya sistemləri ötən əsrin 70-ci
illərindən
inkişaf etməyə başlamışdır. O dövrlərdə yaradılmış INIS,
INSPEC, STN, NTIS, MEDLAR kimi axtarış sistemləri
geniş istifadə olunmuşdur. Rusiyada VİNİTİ tərəfindən
təqdim olunan referativ verilənlər bazaları da öz praktiki
əhəmiyyətinə görə bu gün də seçilir.
Strukturuna və paylanma dərəcəsinə görə də informa-
siya sistemlərini iki qrupa ayırmaq olar:
- lokal informasiya sistemləri;
- korporativ (paylanmış) informasiya sistemləri.
Tarixən ilk olaraq bir müəssisənin və ya təşkilatın
faktoqrafik məlumatlarını özündə saxlayan
lokal infor-
Dostları ilə paylaş: