35
Dar mənada İS dedikdə informasiyanın toplanması və
emalının avtomatlaşdırılması üçün nəzərdə tutulmuş qar-
şılıqlı əlaqəli proqram-texniki vasitələr toplusu başa düşü-
lür. İS-ə məlumatlar mənbələrdən daxil olur və gələcək is-
tifadə üçün məlumat bazalarında saxlanılır. Zəruri hallarda
müəyyən emal prosesini keçdikdən sonra məlumatlar
istehlakçılara ötürülür.
Beləliklə, İS – informasiyanın toplanması, saxlanılması,
axtarılması, emal olunması və istifadəçilərə təqdim edil-
məsi üçün texniki (hesablama və kommunikasiya), proq-
ram, linqvistik, təşkilati və metodoloji
vasitələri özündə
birləşdirən kompleksdir. İS qismində kitabxanaları, arxiv-
ləri, fondları, məlumat banklarını və bazalarını, internetin
informasiya xidmətlərini və s. göstərmək olar.
Qeyd edilməlidir ki, informasiya sistemləri informasiya
texnologiyaları ilə sıx əlaqəli olub, onlar üçün əsas mühit
rolunu oynayır. Müvafiq informasiya texnologiyalarını
bilmədən İS-in funksiyalarının reallaşdırılması mümkün
deyildir. Lakin informasiya texnologiyaları İS sahəsindən
kənarda da mövcud ola bilər.
İlk informasiya sistemləri 1950-ci
illərdə meydana gəl-
mişdir. Həmin illərdə İS hesabların emalı və əməkhaqqı-
nın hesablanması üçün nəzərdə tutulur, elektromexaniki
mühasibat hesalama maşınlarında reallaşdırılırdı.
1960-cı illərdə İS-ə münasibət dəyişdi. İS-lərin köməyi
ilə emal olunan informasiya bir çox parametrlər üzrə dövri
hesabatların aparılması üçün tətbiq olunmağa başladı. Bu-
nun üçün çoxlu sayda funksiyaları yerinə yetirməyi baca-
ran geniş təyinatlı kompüter avadanlıqları tələb olunurdu.
1970-ci illərdə və 1980-ci illərin əvvəllərində İS qərar qə-
buletmə prosesini dəstəkləyən və sürətləndirən idarəetmə
nəzarəti vasitələri qismində geniş istifadə olunmağa başlandı.
36
1980-ci illərin sonuna doğru İS-lərin
istifadəsi kon-
sepsiyası yenidən dəyişdi. İS informasiyanın strateji mən-
bəyinə çevrilərək istənilən profilli təşkilatlarda bütün sə-
viyyələrdə istifadə olunurdu. Həmin dövrlərdə İS təşkilat-
lara lazımi informasiyanı vaxtında təqdim etməklə xidməti
fəaliyyətlərin, o cümlədən kommersiya fəaliyyətinin həya-
ta keçirilməsinə, yeni mal və xidmətlərin yaradılmasına,
satış bazarının və dəyərli tərəfdaşların axtarılmasına,
məhsulların aşağı qiymətə istehsalına və s. yardım edirdi.
İS-də aşağıdakı informasiya prosesləri yerinə yetirilir:
- daxili və xarici mənbələrdən informasiyanın
daxil
edilməsi;
- sonradan istifadə olunması üçün informasiyanın
saxlanılması;
- istifadəçinin sorğusuna görə informasiyanın axtarılması;
- giriş informasiyasının emalı və istifadəçi üçün rahat
formada təqdim edilməsi;
- istifadəçiyə təqdim etmək və digər sistemə ötürmək
üçün informasiyanın çıxarılması;
- yeni giriş informasiyasının korreksiyası üçün veri-
lənlərin mütəxəssislər tərəfindən emalı (əks əlaqənin
təşkili).
İS aşağıdakı əsas xassələrlə xarakterizə olunur:
- isətinilən İS sistemlərin qurulmasının ümumi prin-
sipləri əsasında təhlil oluna, qurula və idarə edilə
bilər;
- İS dinamik
və inkişaf edən sistemdir;
- İS-in qurulması zamanı sistemli yanaşmadan istifadə
olunur;
- İS kompüterdən, telekommunikasiya qurğularından
ibarət olan, müasir texnologiyalar əsasında reallaş-
dırılan informasiya emalı sistemidir;
37
- İS-in çıxış məhsulu əsasında qərar qəbul
edilən
informasiyadır;
- İS-in işində insanın iştirakı sistemin mürəkkəbliyin-
dən, verilənlərin növündən və toplusundan, həll edilən
məsələlərin formallaşdırılma dərəcəsindən asılıdır.
İstənilən İS-in strukturuna bir sıra təminat altsistemləri
daxil ola bilər. Təminat altsistemlərinə aşağıdakılar aid et-
mək olar:
- informasiya təminatı altsistemi;
- texniki təminat altsistemi;
- riyazi təminat altsistemi;
- proqram təminatı altsistemi;
- təşkilati təminat altsistemi;
- hüquqi təminatı altsistemi.
Dostları ilə paylaş: