temləri və ya internetin informasiya ehtiyatları adlandı-
rırlar. Belə sistemlərdə, bir qayda olaraq, məna təhlilinə
əsaslanan intellektual informasiya axtarışı funksiyaları
reallaşdırılmır, lakin əksər sistemlərdə istifadəçilərə daxili
ehtiyatlar üzrə axtarış aparmaq imkanı təklif olunur.
Ümumiyyətlə, internetin informasiya ehtiyatları de-
dikdə faktiki, sənədli və digər informasiya ehtiyatlarını
özündə saxlayan, eləcə də internetə qoşulmaq imkanı olan
və ya onun vasitəsilə öz ehtiyatlarına giriş təqdim edən is-
tənilən kompüterləşdirilmiş (avtomatlaşdırılmış) infor-
masiya sistemləri nəzərdə tutulur.
İnformasiya sistemlərinin yaradılmasının məqsədi isə
müəyyən istifadəçi dairəsinin informasiya tələbatlarının
ödənilməsi məqsədilə informasiyanın toplanması, saxla-
nılması, axtarışı, emalı və ötürülməsi imkanlarının reallaş-
dırılmasından ibarətdir.
İnternetin informasiya ehtiyatları üzrə axtarış aparmaq
üçün web-texnologiya üzərindən reallaşdırılan, xüsusi
saytlar olan informasiya-axtarış sistemlərindən istifadə
olunur.