54
bağlı olan təşkilatlar,
org – qeyri-kommersiya təşkilatları,
int – beynəlxalq təşkilatlar və s.) olur.
İnternetdə işləyən zaman istifadəçilərin
daxil etdiyi
simvolik ünvan (domen ad) DNS (Domain Name System
– Domen adlar sistemi) adlanan
xüsusi xidmət tərəfindən
IP-ünvana çevrilir.
2014-cü ilin əvvəlinə olan məlumata görə yuxarı səviy-
yəli domenlərin sayı 400-ü, yuxarı domen səviyyəsində
qeydiyyatdan keçmiş domen adların sayı 280 milyonu,
yuxarı domen səviyyəsi ölkə kodları olan
qeydiyyatdan
keçmiş domen adların sayı 150 milyonu ötüb keçmişdir.
Qeyd olunduğu kimi, internetə qoşulmuş hər
bir kom-
püter IP-ünvan və ya simvolik ünvan şəklində təqdim
olunan unikal ünvana malik olur.
Lakin internetə qoşul-
muş kompüterdə olan konkret informasiya ehtiyatını (mə-
lumatı, sənədi və s. saxlayan faylı) əldə etmək üçün onun
yerləşdiyi tam marşrutu və adını göstərmək lazımdır.
Bununla yanaşı, internet vasitəsilə həmin
informasiya
ehtiyatına müraciət etmək üçün əlavə olaraq ona daxil
olmaq üçün zəruri olan protokol da göstərilməlidir. İnfor-
masiya ehtiyatının adını, kompüterdəki marşrutunu,
həmin komüterin internet ünvanını və müvafiq
protokolun
adını özündə birləşdirən simvollar ardıcıllığı həmin
ehti-
Dostları ilə paylaş: