42
mi tədqiqatların nəticələrini və s. özündə saxlayan sistem-
ləri aid etmək olar.
İnkişaf prosesində lokal informasiya sistemlərinin ək-
səriyyəti
tədricən genişlənərək, onları yaradan, yəni onla-
rın sahibi olan bir müəssisənin çərçivəsindən kənara çıx-
mışdır. Bu onunla əlaqədar olmuşdur ki, belə sistemlərdə
toplanan, həddən artıq böyük həcmə malik olan həmin
müəssisənin fəaliyyəti ilə bağlı olan
və ya bu fəaliyyət
nəticəsində yaranan informasiya ehtiyatları eyni zamanda
bu müəssisəyə aidiyyəti olmayan başqa şəxslərin və digər
müəssisələrin maraq dairəsinə daxil olurdular. Beləliklə,
informasiya sisteminin kənar şəxslər və təşkilatlar tərə-
findən birgə istifadəsi zərurəti yaranırdı.
Məhz
bu səbəbdən korporativ (paylanmış) informasiya
sistemləri yaranmağa başlamışdır. Korporativ informasiya
sistemləri bir müəssisə tərəfindən deyil, ümumi maraqları
olan çoxlu sayda təşkilatların birgə iştirakı ilə yaradılır,
yeniləşdirilir və istifadə olunur. Adətən, belə sistemlər elmi-
texniki,
iqtisadi, hüquq və s. sahələrdə informasiyanı özündə
saxlayırlar. Aydındır ki, korporativ informasiya sistemlərinin
inkişafına kompüter şəbəkələrinin, o cümlədən internetin ya-
ranması əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
İS-i, həmçinin, aşağıdakı əlamətlərə görə də təsnif
etmək olar.
İS-in qarşısında qoyulmuş vəzifələrə görə:
- idarəetmə hesabatlarını hazırlayan İS – əsasən veri-
lənlərin emalına
yönəlmiş olur;
- qərar qəbul edən İS – mümkün alternativ qərarlar iş-
ləyib hazırlayır. Qərarın qəbil edilməsi prosesi sis-
tem tərəfindən təklif olunan alternativ qərarlardan
birinin seçilməsi ilə nəticələnir. Belə İS-ə
ekspert
sistemləri deyirlər.
43
Avtomatlaşdırılma dərəcəsinə görə:
- əl ilə işləyən İS – informasiya emalının müasir tex-
niki vasitələrinin tamamilə olmaması və bütün əmə-
liyyatların insan tərəfində yerinə yetirilməsi
ilə xa-
rakterizə olunur;
- avtomatik İS – informasiyanın emalı üzrə bütün
əməliyyatlar insanın iştirakı olmadan yerinə yetirilir;
- avtomatlaşdırılmış İS – informasiyanın emalı prosesin-
də həm insanın, həm də texniki vasitələrin iştirakını nə-
zərdə tutur, lakin bu prosesdə əsas rolu kompüter oy-
nayır. Texniki vasitələrin, o cümlədən kompüter texni-
kasının bazasında reallaşdırılan, informasiya proseslə-
rini avtomatlaşdırmağa, informasiya ehtiyatlarını daşı-
yıcılarında saxlamağa və emal
etməyə imkan verən in-
formasiya sisteminə ənənəvi olaraq
avtomatlaşdırılmış
Dostları ilə paylaş: