Microsoft Word Qasimov-ias docx


  İnternet şəbəkəsinin informasiya



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə55/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   177
N 406

2.4.  İnternet şəbəkəsinin informasiya 
ehtiyatlarının xüsusiyyətləri 
Qeyd olunduğu kimi, internetin informasiya xidmətləri-
nin yaradılması texnologiyası istənilən informasiyanın şəbə-
kədə yerləşdirilməsi, saxlanılması, alınması  və ötürülməsi 
üçün çox rahat və əlverişli imkanları təqdim edir. Lakin, di-
gər tərəfdən internetdə informasiya ehtiyatlarının, massiv-
lərinin, arxivlərinin həcminin və sayının kəskin artması və s. 
ilə əlaqədar lazım olan məlumatların tapılması getdikcə da-
ha çətin və problemli məsələyə çevrilmişdir. 
Lazım olan məlumatların  əldə olunması üçün istifa-
dəçilər hər dəfə müxtəlif informasiya sistemləri ilə  əlaqə 
yaratmalı, ardıcıl olaraq bir informasiya ehtiyatından di-
gərinə keçməli, beləliklə  də, bütün şəbəkəni "gəzməli" 
(araşdırmalı) olurlar. Bu zaman istifadəçilər informasiya 
axtarışına külli miqdarda vaxt, eləcə  də müəyyən infor-
masiya,  şəbəkə  və maddi resurslar sərf etmək məcburiy-
yətində qalırlar. Nəicədə şəbəkəni izafi yükləmiş olurlar. 
Belə sistemlər zəruri informasiyanın axtarılmasına və 
seçilib çıxarılmasına  əhəmiyyətli kömək edə, bəzən isə 
(hətta çox vaxt) əksinə,  əbəs yerə vaxt itkisinə  səbəb ola 


78 
və sonsuz sayda web-qovşaqlar labirintində istifadəçinin 
"azmasına" gətirib çıxara bilər. 
Qeyd etmək lazımdır ki, internetin informasiya fəzası 
öz təbiətinə görə paylanmış informasiya sistemidir. Lakin 
lokal və ya korporativ şəbəkələrin məlumat bazalarında 
(hətta məlumat bazasının müstəqil olması mümkündür) 
yerləşən və  şəbəkə administratorunun nəzarəti altında 
olan ənənəvi informasiya sistemlərindən fərqli olaraq, in-
ternetin informasiya fəzası bir sıra spesifik xüsusiyyətlərə 
malikdir. Bu xüsusiyyətlər internetdə reallaşdırılan texno-
logiyalardan irəli gələn, üstünlük və çatışmazlıqlara səbəb 
olan amillərlə xarakterizə olunur: 
-  İnformasiya fəzasının ölçüsü. İnternetin yüz mil-
yonlarla saytlarında və qovşaqlarında yerləşən infor-
masiyanın həcmi olduqca böyükdür. İnformasiya 
ehtiyatları internetin müxtəlif qovşaqları üzrə payla-
nır, yəni onların bir hissəsi bir serverdə, digər hissə-
si isə başqa serverdə yerləşmiş olur. Ona görə də in-
formasiya massivinin bütün ehtiyatlarının axtarış 
sistemləri tərəfindən tamamilə  əhatə olunmasında 
problemlər mövcud olur. 
-  Xaotiklik.  İnternetin informasiya ehtiyatlarının ya-
radılması, toplanması  və saxlanılmasında hər hansı 
vahid qanunauyğunluq olmur, onlar qovşaq və ser-
verlər üzrə paylanmasına görə xaotik olurlar. Başqa 
sözlə, informasiya ehtiyatları dünyanın müxtəlif yer-
lərində olan müxtəlif  şəbəkə qovşaqları üzrə  əhə-
miyyətli dərəcədə dağınıq formada səpələnirlər və 
nəticədə şəbəkə xaosu yaranır.  
-  Sistemsizlik. Yeni informasiyanın yaradılmasının, köh-
nə informasiyanın dəyişdirilməsinin və  məhv edilmə-
sinin çox asan olması  səbəbindən internet şəbəkəsinə 


79 
aidiyyəti olub-olmamasından asılı olmayaraq, hər bir 
arzu edən istifadəçi özünün şəxsi səhifəsini yaratmaq
bu səhifəyə istənilən informasiyanı daxil etmək, onu 
internetdə yerləşdirmək və ya oradan çıxarmaq imka-
nına malikdir. Beləliklə, internet şəbəkəsində istənilən 
informasiya təsadüfi  şəkildə meydana gələ  və yox ola 
bilər. Ümumiyyətlə, informasiya ehtiyatlarının, o cüm-
lədən web-səhifələrin və ya saytların informasiya təmi-
natının təşkili prinsipləri serverlərin sahiblərinin arzu-
sundan asılı olaraq seçilir və həyata keçirilir. Məhz bu 
baxımdan web-fəzada informasiya ehtiyatlarının sis-
temliliyini təmin  etmək mümkün olmur.  
-  Natamamlıq, izafilik, ziddiyyət, doğruluq, adek-

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin