edir, nailiyyət qazanır və bununla da özünəinamı yüksəlir. İdraki inkişafı
baxımından şagirdlərin ayrı-ayrı qruplarda əməkdaşlıq etməsi və problemin
həllinə nail olması təlim və tərbiyənin təşkilində böyük əhəmiyyət daşıyır.
Bir çox hallarda şagirdlər idrak səviyyəsi baxımından qarışıq qruplarda
fəaliyyətə cəlb edilə bilər. Bu zaman qrup daxilindəki idraki bacarıqları yüksək
olan şagirdlərin daha zəif şagirdləri öyrətməsi təmin olunur. Müəllimin «qrup
işini təqdim edəcək şəxsi özü müəyyən edəcək» təlimatı şagird-şagird öyrətməsinin
təşkilində katalizator rolunu oynayır. Onların birgə fəaliyyətinin nəticəsini kimin
təqdim edəcəyi məlum olmadığından, güclü şagirdlər məsələnin incəliklərini
aşağı idrak səviyyəli yoldaşlarına səylə öyrədirlər. Bu zaman bütün şagirdlərin
təlimə bərabər cəlb edilməsi təmin olunmaqla bərabər, şagirdlərdə digər insani
dəyərlər də formalaşır. Buraya birgə fəaliyyət, əməkdaşlıq, qayğıkeşlik, dəstək,
özgəsinin uğuruna sevinmək və s. daxildir.
Bu baxımdan müəllim həm uyğun, həm də fərqli idrak səviyyəli qruplar
müəyyən edir.
Dostları ilə paylaş: