Eşit. III səv.
Eşit. V səv.
Eşit. VII səv.
Eşit. VI səv.
Eşit. VI səv.
Eşit. VI səv.
Eşit. VI səv.
Eşit. II səv.
Eşit. V səv.
Eşit. III səv.
Eşit. I səv.
Eşit. III səv.
Eşit. II səv.
Eşit. VI səv.
Eşit. II səv.
Eşit. III səv.
Eşit. III səv.
Eşit. II səv.
Eşit. II səv.
Eşit. II səv.
Eşit. II səv.
Eşit. II səv.
olmalıdır. Sinifdə sosial fərq nə qədər kəskindirsə, müəllimin bu parametr üzrə
qruplarla iş formasına müraciət etməsi o qədər intensiv xarakter daşımalıdır.
Bu yanaşma sosial vəziyyətləri fərqli olan uşaqlar arasında sinifdə mövcud
(əgər mövcuddursa) ziddiyyətləri aşkar edib, onları aradan qaldırmaq istiqamətində
işlər aparmaq üçün müvafiq şərait yaratmış olar.
Qeyd edilən məsələlərin tənzimlənməsi məqsədi ilə təcrübəçi müəllimlər
tərəfindən sənədlər araşdırılmış, valideynlərin təhsil səviyyəsi, iş yerləri, tam
və ya natamam ailədən gəlməsi aşkar edilmiş, müşahidələr əsasında şagirdlərin
geyimi, dərs ləvazimatı, fasilə zamanı qidalanması öyrənilmişdir. Həmçinin
tərəfimizdən hazırlanmış müsahibə vərəqlərinə əsasən şagirdlər və onların
valideynləri ilə söhbət aparılmışdır. Məktəb-ailə münasibətlərinin yüksəldilməsinə
xidmət edən sorğuların nəticələri cədvəl 5-də əks olunmuşdur.
Cədvəl 6-da valideyn-məktəb münasibətində valideynlərin məktəbə yardımı
haqda sorğu nəticələri göstərilmişdir.
3. Şagirdlərin idrak səviyyəsini müəyyən etməkdə diaqnostik qiymətlən-
dirmənin üsulları, vasitələri, eyni zamanda formativ və summativ
qiymətləndirmənin nəticələri yararlı vasitədir. Şagirdin yaş səviyyəsinə uyğun
intellektual testlər də bu baxımdan qənaətlərə gəlməyə imkan verir.
Təlim materialları və təlim üsulları seçilərkən şagirdin yaş səviyyəsinə və
xüsusiyyətlərinə diqqət yetirilmişdir. Belə ki, birinci sinifdə uğurla tətbiq edilən
bir tapşırıq və ya üsul 4-5-ci siniflərdə özünü doğrultmaya bilər. Eləcə də aşağı
sinif şagirdləri üçün maraqlı və əyləncəli görünən hər hansı təlim materialı
yuxarı sinif şagirdləri tərəfindən məqbul qarşılanmaya bilər.
Bu araşdırmalar əqli inkişafda ləngimələr, idrakın inkişafının səviyyəsi,
dərketmənin üsullarının müəyyən edilməsi kimi üç mərhələdə aparılmışdır:
Afət Süleymanova
Qloballaşan dünyada gedən proseslərin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər
http://journal.edu.az
Dostları ilə paylaş: