Article in Azerbaijan Journal of Educational Studies · June 2019 doi: 10. 32906/ajes/686


  Şagirdlərin  hazırlıq  səviyyəsi  və  inkişaf  dinamikası



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix01.01.2022
ölçüsü1,42 Mb.
#50883
1   ...   22   23   24   25   26   27   28   29   30
Afet Suleymanova-article

6.  Şagirdlərin  hazırlıq  səviyyəsi  və  inkişaf  dinamikası. Summativ

qiymətləndirmənin  nəticələrinə  görə,  hər  bir  şagirdin  qazandığı  nailiyyətin

səviyyəsi nəzərə alınmaqla yüksək nəticələr nümayiş etdirən şagirdlər və aşağı

nəticələr nümayiş etdirən şagirdlər olmaqla uyğun səviyyəli və fərqli səviyyəli

şagirdlərdən ibarət qruplar müəyyən edilir. Bu tərkibin idrak səviyyəsi baxımından

müəyyən  edilmiş  qruplarla  üst-üstə  düşə  bilməsi  ehtimal  olunsa  da,  bir  çox

hallarda  ciddi  fərqlər  müşahidə  edilir.  Belə  ki,  idraki  imkanları  geniş  olan

şagirdlərin baxımsızlıq və ya hər hansı digər səbəbdən summativ qiymətləndirmə

zamanı aşağı nəticələr nümayiş etdirməsi halları tez-tez müşahidə olunur. Bu

səbəbdən  summativ  qiymətləndirmənin  nəticələri  nəzərə  alınmaqla  yenə  də

həm uyğun, həm də fərqli səviyyəli uşaqlardan ibarət qruplar müəyyən edilir

və məqsədəmüvafiq təlim fəaliyyətlərinə cəlb olunmaqla şagirdlərin potensial

imkanlarının nəzərə alınması, yaxud yüksək nəticə nümayiş etdirənlərlə aşağı

nəticə  nümayiş  etdirənlərin  əməkdaşlığına  şəraitin  yaradılması  kimi  ciddi

pedaqoji aktlar baş verir. 

Belə qruplaşma inkişaf dinamikası yüksək olan və inkişaf dinamikası aşağı

olan uşaqlarla da nəzərə alınmalıdır. Aşağı dinamika ilə inkişaf edən uşaqların

yüksək dinamika ilə inkişaf edən uşaqlarla bir qrupda təlim fəaliyyətinə cəlb

edilməsi qarşılıqlı fəaliyyətin və ikincilərin inkişaf dinamikasının yüksəldilməsində

böyük rol oynayar.

Tədqiqatlar sənədlərin araşdırılması (sinif jurnalı və şagird partfoloyosu),

müqayisə, dəyərləndirmə yolu ilə aparılmışdır. 

Afət Süleymanova


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin