Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   2   3   4   5   6   7   8   9   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 

 
 
–  Yaxşı.  –  Qaşlarını  çataraq  mətbəğə  girdi.  – 
Xoş gəlmisən, Pakizə xala.  
 
– Sağ ol, bala. Necəsən? Nə var nə yox? İşlərin 
necədir?  Bir  iş  tapa  bildin?  –  Qadın  nəfəs  almadan 
suallarını verməyə başlamışdı. 
 
– Yox hələki, xala. Axtarıram. Olanda sizə də 
xəbər edəcəm. – Sabir kinayə ilə sözünü deyib stula 
əyləşdi.  
 
–  Olar,  bala.  Müvəqqəti  çətinlikdi.  –  Qadın 
sakitdə dedi. 
 
– Sizin uşaqlar hardadılar?  
 
– Heç, ay bala. Hamısı işdədilər.  
 
– Vüsal iş tapa bildi? 
 
– Həəə... tapdı. Bacarığı olan üçün iş tapmağa 
nə var! 
 
Pakizə xalanın sözü Sabiri qıcıqlandırsa da, ona 
heç nə demədi. Yasəmənin qabağına qoyduğu çaydan 
bir  qurtum  aldı.  Pakizə  xala  isə  elə  hey  oğlunu 
tərifləyirdi.  
 
–  Bir  qız  da  tapmışam.  Əgər  Vüsal  razılaşsa, 
evləndirəcəm.  
 
–  İnşaAllah,  Pakizə  xala.  Allah  arzuna 
çatdırsın. – Yasəmən dedi. 
 
–  Sağ  ol,  qızım.  –  Ayağa  qalxaraq  paltarını 
səliqəyə saldı. 
 
– Hara gedirsən, Pakizə xala? Hələ gəlinindən 
danışacaqdıq. – Sabir zarafatla ona baxdı. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 

 
 
– Yox, bala. Gecdir. Gedim evə. Uşaqlar işdən 
gələr.  
 
– Necə istəyirsən.  
 
– Sağ olun. 
 
– Xoş getdin. – Sabir çayını içməyə davam etdi. 
 
Yasəmən  Pakizə  xalanı  yola  saldıqdan  sonra 
mətbəxə  qayıtdı.  Sabirin  önündə  əyləşərək  maraqla 
ona baxdı. 
 
– Necə keçdi günün? 
 
– Həmişəki kimi. 
 
– Görüşdün?  
 
 
– Hə. 
 
– Nə dedilər? 
 
– O birilər nə dedisə, onlar da eyni şeyi. Dedilər 
xəbər edəcəyik.  
 
– Ürəyini sıxma. Yaxşı olar. – Yasəmən əlini 
Sabirin əlinin üstünə qoydu. 
 
–  Bilirsən,  səni  sevindirməyi  nə  qədər 
istəyirəm? Xoş xəbər verim, deyim ki, iş tapmışam. – 
Sabir gözlərini Yasəmənə dikmişdi.  
 
–  Əsas  can  sağlığıdır.  Qalan  hər  şey  düzələr. 
Darıxma. – Yasəmən gülümsəyərək dedi.  
 
Elə bu an otağa Aytac daxil oldu.  
 
 
– Salam. – Çiynindən məktəb çantasını çıxarıb 
yerə atdı.  
 
–  Xoş  gəldin.  –  Sabir  qızına  baxaraq  yanına 
çağırdı.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 

 
 
Aytac 
cəld 
atasının  qucağına  əyləşib 
yanağından öpdü. 
 
– Oxxx... – Sabir də onun hər iki üzündən öpüb 
qucaqladı. – Necə keçdi dərslər? Öyrəşə bilirsən? 
 
–  Məktəb  hələ  təzə  başlayıb.  Çətin  deyil. 
Bugün  müəllim  məndən  dərs  soruşdu.  Mən  də  şeiri 
danışdım.  
 
– Lap gözəl. Dərslərinin hamısını oxu. Yaxşı? 
 
– Yaxşı. – Aytac sevinərək dedi. 
 
–  Sözün  qurtardısa,  get  əynini  dəyiş.  – 
Yasəmən Aytaca baxdı. 
 
– Baş üstə. – Aytac Sabirin qucağından enərək 
çantasını da alıb öz otağına qaçdı. 
 
–  Uşaqlar  da  böyüyür.  –  Sabir  Aytacın 
arxasıyca baxaraq dedi.  
 
–  Hə.  Vaxt  çox  tez  gedir.  –  Yasəmən  qazı 
söndürərək  dedi.  –  Yemək  də  hazırdır.  Rüfəti  də 
gətirim, başlayaq. 
 
– Kömək lazımdır?  
 
–  Yox.  Sağ  ol.  Özüm  süfrəni  hazırlayacam. 
Aytac da kömək edəcək. 
 
– Yaxşı. 
 
Yasəmən  mətbəxdən  çıxıb  həyətə  getdi. 
Sabirsə,  masanın  arxasında  gələcək  haqqında 
düşünürdü. Başqa heç nə edə bilmirdi. 
 
*** 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin