© ATDD Tüm Hakları Saklıdır
Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması
Türkiyə tarixşünalığında
Vidadi Umudlu
ORCID: 0000 0002 4766 2798
Xülasə
XIX əsrin əvvəllərində çar I Aleksandrın Şərqi Gürcüstanın ilhaqına dair qərarı,
Cənubi Qafqaz tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu hərəkət Azərbaycan
torpaqlarının işğalına səbəb oldu. Azərbaycanda güclü bir dövlətin olmaması və ölkənin
kiçik xanlıqlara bölünməsi bu işğalı daha da sürətləndirdi. Məqalədə XVIII əsrin sonu -
XIX əsrin əvvəllərində Türkiyə tarixşünaslığında Şimali Azərbaycanın siyasi
vəziyyətinin öyrənilməsi, Azərbaycan xanlıqlarının Osmanlı, İran və Rusiya dövlətləri
ilə siyasi əlaqələri, habelə Şimal Azərbaycanın çar Rusiyası tərəfindən işğalının
başlanması məsələsi araşdırılmışdır.Azərbaycan xalqının müstəmləkə rejiminə qarşı
mübarizəsi, Rusiya ordusu tərəfindən mülki şəxslərin vəhşicəsinə məhv edilməsi və
Cavad xanın rəhbərliyi altında Gəncə xanlığının qəhrəman müdafiəsi Türkiyə
tarixşünaslığında mühüm yer tutur. Məqalədə türk tarixçilərinin Qarabağ, Şəki, Şirvan,
Dərbənd xanlıqlarının çar Rusiyası tərəfindən işğalına münasibətləri də əks
olunmuşdur.Məqalə, Mehmet Saray, Sadiq Mufit Bilge, Nedim İpek, Cemal Gökce,
Naki Keykurun (Şeyxzamanlı), Abdullah Saydam, Anıl Çeçen, Mustafa Budak və digər
türk tarixçilərinin əsərləri əsasında tədqiq olunmuşdur. Problemin mənbə bazası da çox
zəngindir. Başbakanlıq Osmanlı Arxivi (BOA) sənədləri və arxiv sənədlərinə əsaslanan
kitablar problemlərin araşdırılmasında mühüm rol oynayır.
Açar sözlər: Çar Rusiyası, Şimali Azərbaycan, işğal, türk tarixçiləri
Gönderme Tarihi: 30/11/2019 Kabul Tarihi:26/12/2019
* Dosent, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu, aparıcı elmi işçi,
tarix üzrə fəlsəfə doktoru, E-mail: v.umudlu@yahoo.co.uk