Xülasə XIX əsrin əvvəllərində çar I aleksandrın Şərqi Gürcüstanın ilhaqına dair qərarı


Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix14.01.2022
ölçüsü481,24 Kb.
#51256
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775

Yaqub Mahmudov 80.Yıl Armağan Sayısı 

Cilt:6 / Sayı:5 

Umudlu/ ss 257-273 

Kış 2019 

 

 

264 



 

ildə  Tiflis  xanlığını  özünə  birləşdirən  Rusiya,  bir  tərəfdən  Şimali  Azərbaycan 

xanlıqlarını  ələ  keçirməyə  başlayır,  digər  tərəfdən  Anadoluya  qapını  açmaq  üçün 

Rəvan,  Tiflis,  Ərzurum,  Qars,  Van,  Təbriz  və  ətrafındakı  bölgələrdən  heç  birində 

üstünlük təşkil etməyən ermənilərdən bir vasitə istifadə etməyi qərara alır.

17

 Bu fikirlər 



rusların  Azərbaycan  və  Şərqi  Anadoluda  yaşayan  erməni  əhalisindən  öz  planlarını 

həyata keçirmək üçün bir vasitə kimi istifadə emələrini bir daha sübut edir.  

Tarixçi  Nəcməddin  Aygünün  fikrincə,  1801-ci  ildə  Gürcüstanın  Rusiya 

əyalətlərindən  birinə  çevrilməsi  nəinki  Azərbaycanın,  eləcə  də  Şərqi  Anadolu 

bölgələrinin  də  birbaşa  işgalına  səbəb  olmuşdur.

18

 “Dış  Türkler”  əsərinin  müəllifi 



Celaleddin  Yücel  qeyd  edir  ki,  1801-ci  ildə  ruslar  “himayə”  bəhanəsi  ilə  Cənubi 

Qafqaza-Gürcüstana  soxulduqları  zaman,  Azərbaycan  xanlıqlar  dövrünü  yaşayırdı.

19

 

Göründüyü  kimi  güclü  Rusiya  imperiyası  qarşısında  Azərbaycanın  kiçik  xanlıqlara 



parçalanmasının işğala real zəmin olması müəllifin diqqətindən yayınmamışdır. 

Beləliklə, əksər türk tarixçiləri də Şimali  Azərbaycanın  işalının  başlanmasında, 

Gürcüstanın Rusiyaya ilhaq edilməsi faktorunu həlledici amillərdən biri olduğunu qeyd 

edirlər. Əhalisinin böyük hissəsinin xristian olmasından istifadə edərək Gürcüstanı ilhaq 

etməklə ilk dayaq nöqtəsi əldə edən çar Rusiyası, çox keçmədən bütün Cənubi Qafqazı 

işğal  edərək,  cənubda  Qacar  və  cənub-qərbdə  Osmanlı  dövlətlərinin  qonşularına 

çevrildilər.  Rusiya  həmçinin  Anadolu  və  İran  üzərinə  gələcək  yürüşlərində 

Gürcüstandan istinadgah kimi istifadə etməyi nəzərdə tuturdu.  

Yuxarıda rusların,  bölgəni  işğal etmək üçün  yerli erməni  əhalisindən  bir vasitə 

kimi  istifadə  etmək  planlarından  bəhs  etmişdik.  Tarixçi  Mustafa  Budak  arxiv 

sənədlərini  təhlil  edərək  bu  qənaətə  qəlir  ki,  ruslar öz  planlarını  həyata  keçirmək  üçün 

bölgədə  yaşayan  kürd  əhalisindən  də  istifadə  etmək  fikrində  idilər.  Müəllif  yazır  ki, 

1801-ci  ildə  ruslar  Tiflisə  gəldikləri  ilk  günlərdə,  Osmanlı  və  İran  ərazisində  daimi 

hərəkətdə  olan və  qeyri-məmnun bir kütlə təsiri  bağışlayan  kürd  əhalisi  rusların  maraq 

dairəsinə  daxil  olur.  Onlar  üzərində  iş  aparan  rus  təhlükəsizlik  təşkilatının  əsas  hədəfi 

kürd  əşirətlərini  mübarizəyə  qoşmaq  idi.

20

 Rusiya  bölgə  əhalisini  qarşı-qarşıya 



qoymaqla daha asan yollarla öz məqsədinə çatmaq fikrində idi. 

                                                             

17

Ali Arslan,  Kutsal Ermeni Papalığı Eçmiyadzin Kilisesi’nde Stratejik Savaşlar, İstanbul: Truva 



Yayınları, 2005, 27. 

18

Necmettin Aygün,  Kafkasyada Rus-Osmanlı Mücadelesi ve Kars dolaylarında Sınır İhaleleri, 1826, 



Cumhuriyet Tarihi Araştırmaları Dergisi (CTAD), Yıl 3, sy. 6 (Güz 2007): 98-116. 

19

Celal Yücel. Dış Türkler,



 

İstanbul: Hun Yayınları, 1976, 77-78. 

20

Mustafa Budak,  “Osmanlı-Rus ilişkilerinde Kafkasya”, Avrasya Etütleri, IV (1995): 113. 





Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin