Special Issue Dedicated to 80th Commemoration of Yaqub Mahmudov
Vol.6 /Num.5
Umudlu/ pp 257-273
Winter 2019
261
aralarındakı problemləri həll edərək birlikdə hərəkət etmələri”nin vacibliyi üzərində
qurulması tezisi də sənədlərdə öz əksini tapmışdır.
Ayrıca olaraq bəhs olunan problemə həsr olunmuş əsərlər sırasında Başbakanlıq
Osmanlı Arxivlərinin sənədləri əsasında hazırlanmış kitablar mühüm yer tutur. Bu
baxımdan 1992-1993-cu illərdə Ankarada nəşr olunmuş iki cildlik “Osmanlı Devleti ile
Azerbaycan Türk Hanlıkları Arasındakı Münasebetlere Dair Arşiv Belgeleri (Karabağ-
Şuşa, Nahçıvan, Bakü, Gence, Şirvan, Şeki, Revan, Kuba, Hoy) 1578-1914” adlı
sənədlər toplusunu qeyd etmək olar.
1
“Osmanlı Belgelerinde Azerbaycan” adlı digər bir
sənədlər toplusunda da tədqiq olunan problemlə bağlı orijinal sənədlər elmi
ictimaiyyətin istifadəsinə verilmişdir.
2
Başbakanlıq Osmanlı Arxivləri Baş İdarəsinin
nəşr etdirdiyi “Osmanlı Belgelerinde Karabağ” kitabı da Zəngin Osmanlı arxiv
sənədləri əsasında tərtib olunmuşdur. Bu topluya Qarabağın 1587-ci ildən 1910-cu ilə
qədər olan dövr tarixini əks etdirən çox qiymətli sənədlər daxil edilmişdir.
3
Dostları ilə paylaş: |