5. Nəticələrə əsaslanan kurikulum və ya Tələbyönümlü kurikulum- ən geniş yayılmış
kurikulum növüdür. Cəmiyyətin tələbatına uyğun qurulur. Əvvəlcədən təlim nəticələri
müəyyən olunur.
6. Fənlərə əsaslanan kurikulum- Bu modeldə təlim şagirdləri bilik və bacarıqlardan daha
çox fənlər ətrafında birləşdirir. Daha çox universitet müəllimlərinə şamil olunur.
Tələbata uyğun praktik olmur.
Dünya kurikulum tədqiqatçıları kurikulumları aşağıdakı növlərə ayırırlar:
1. İdeoloji kurikulum.Bu kurikulum tədqiqat aparan alimlərlə təcrübəli müəllimlərin
səylərini birləşdirən ən ideal kurikulum növüdür.
2. Rəsmi kurikulum rəsmi qaydada dövlət və yerli məktəb şuraları tərəfindən təsdiq olunan,
ictimaiyyətin marağını əks etdirən kurikulum sənədidir.
Dostları ilə paylaş: |