Məktəb kurikulumları müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan, təlimin fəal
üsullarından istifadə olunmaqla məzmun standartlarının səviyyəsinə çatmağa imkan yaradan
sənəddir.
Məktəb kurikulumları nəticəyönümlü, şagirdyönümlü, inteqrativ(şaquli və üfüqi) və
qabaqlayıcı xarakter daşıyır.
Kurikulumda təsnifatlaşdırma (kurikulumun növləri)
Kurikulumda təsnifatlaşma 3 növdə olur:
1. Xarakterinə görə təsnifat(Xarakterinə görə kurikulum növləri)
2. Təyinatına görə təsnifat(Təyinatına görə kurikulum növləri)
3. Cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatına görə təsnifat(Məzmun və
Strukturuna görə kurikulum növləri)
1. Xarakterinə görə kurikulum növləri:
1. Şəxsiyyətyönümlü kurikulumlar. Şəxsiyyətin yetişməsinə(idraki, ünsiyyət, psixomator
fəaliyyət) yönəlib. Minimum, zəruri bilik verməklə, praktik bacarıqları artırmaqla təhsilalanın
cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini təmin edir . Təfəkkürə əsaslanır.
2. Fənyönümlü kurikulumlar. Burada əsasən biliyin miqdarı çoxdur. Praktik bacarıqlar arxa
plana keçir. Hafizəyə əsaslanır.
2.Təyinatına görə kurikulum növləri:
1. Milli kurikulum. Çərçivə sənədidir. Ölkə səviyyəsində qəbul olunur. Bütün fənlər üzrə
standartları və xüsusiyyətləri özündə birləşdirir.
2. Fənn kurikulumu. Hər fənnə görə ayrı-ayrı kurikulumlar yaradılıb. Ayri-ayrı fənlərin
xüsusiyyətlərini özündə birləşdirir. Burada artıq hər fənnə standartlar müəyyən olunub.
3.Cəmiyyətin ehtiyac və tələbatına görə
(məzmun və strukturuna görə) kurikulum növləri.
1. Tələbyönümlü kurikulum. Bax: Dövlət 3 standart müəyyənləşdirib: Təhsil standartı,
Məzmun standartı və Qiymətləndirmə standartı. Hər 3 standart Dövlət tələbidir sözü
ilə bitir.
2. Təklifyönümlü kurikulum. Bu kurikuluma görə şagird istədiyi, məktəbi, sinfi,
müəllimi və ya tyutoru seçmək hüququna malikdir.