Mövzu № 8.Atletika hərəkətlərinin dərəcələrə bölünməsi və səciyyəsi.
Plan:
1.B/t-si sistemində yüngül atletikanın mövqeyi və əhəmiyyəti
2. Yüngül atletikanın çox növü
3.Ağacla edilən hərəkətlərin təlimi
1.Bu sistemin məqsədi xəlqmızın sağlamlığını möhkəmləndirmək,adamlarının
sosialist əməyinə və vətəni müdafiyə tərtərəfli hazırlamaqdır.Çoxlu miqdarda
yüngül atletika hərəkətləri hər bir gəncə yüngül atletikada özü üçün münasib növ
seçməyə imkan verir.Bundan əlavə,müəllimlər məşğul olanları fiziki cəhətcə
seçdikləri idman növü üzrə hərtərəfli inkişaf etdirmək üçün atletikanın müxtəlif
növlərindən müvəffəqiyyətlə istifadə edirlər.İdmanda xüsusən yüngül atletikada
mübarizə aparmaq,qələbə qazanmaq,səy göstərmək,seçilən növdə nəticə əldə
etmək həvəsi çox gözə çarpır.Atletika üzrə təlim-məşq və yarışlar düzgün təlim
ddildikdə
bu,idmançılarda şüurlu nizam-intizamın,kollektivçiliyin,yoldaşlıq
hissinin,tapşırılan iş üçün məsuliyyət hissinin tərbiyə edilməsinə kömək edir,güclü
iradənin və möhkəm xarakterin formalaşmasına təsir göstərir. –Qaçış,tullanma və
atmaların bütün növləri üzrə keçirilən yarışlar və bu növlər üzrə hərəkətlər keçmiş
sövet,idmanına,lazım,olan,qüvvətlilik,cəldlik,davamlılıq,gümrahlıq,diqqətlilik,özü-
nü ələ almağı bacarmaq və s.bu kimi keyfiyyətlərin meydana çıxması və bu
keyfiyyətlərin tam təkmilləşməsi üçün gözəl şərait yaradır.Azərbaycanda,demək
olar ki,bütün il boyu açıq havada atletika ilə məşğul olmaq mümkündür.Bunun
sayəsində də atletikanın böyük sağlamlıq əhəmiyyəti özünü göstərir.Atletika
hərəkətlərinin çoxu məşğul olanlarda bir sıra dəyərli hərəki vərdişlərin inkişafına
kömək edir.İnsan bu vərdişlərə yiyələnməklə əmək sahəsində daha yaxşı
işləyir,döyüşçüyə lazım olan vərdişlərə daha tez yiyələnir.
2.Yüngül atletikanın çox növü:-Bu növə qaçış,tullanma və atmalar daxildir.Daxil
edilən növlərin miqdarından asılı olaraq,yüngül atletikanın çox növü bu hissələrə
ayrılır: 3 növ,5 növ, və 10 növ üzrə mübarizə aparılır. Çox növ üzrə mübarizədə
nəticə və rekordlar yarışda iştirak edənlərin hər növdən qazandığı xalların ümumi
sayına görə müəyyən edilir və burada xüsusi cədvəldən istifadə olunur.Çox
növçülük üzrə mübarizə insanın hərtərəfli fiziki inkifafı üçün gözəl hərəkətlər
kompleksidir.Çox növçülük idman üzrə mübarizə ilə məşğul olan idmançı eyni
dərəcədə həm yaxşı qaçmalı,tullanmalı,həm də sərrast nizə atmalıdır. Yüngül
atletikanın bu növündə yüksək nəticə qazanmaq üçün çoxnövlü mübarizədə iştirak
etmək lazımdır.
3.Ağacla edilən hərəkətlərin təlimində bəzi xüsusi cəhətlər nəzərə alınmalıdır.
A) ağacın əvvəlcə üfiqi,sonra şaquli,nəhayət maili vəziyyətləri;b) ağacın bütün
əsas vəziyyətləri əvvəlcə üz və yan səthlərdə,sonra aralıq,axırda da çəp səthlərdə
öyrənilməlidir.-Hərəkəti izah edərkən və komanda verərək ağacın hansı vəziyyətdə
olduğu aşağıdakı qaydalarla göstərilməlidir. 1.Ağacın vəziyyəti-üfqi,şaquli və ya
maili,2.Gimnastın bədəninə görə ağacın vəziyyəti, buda.çiyinə,baş üzərinə və
s.3.Ağacı tutan əlin vəziyyəti-sağ qol yana,sol qolqabağa.Məşq zamanı ağacın hər
hansı bir vəziyyətini (qarşıya qoyulan məqsəddən asılı olaraq) digər vəziyyətlərə
və bədənin hissələrlə qarşıqlıqlı şəkildə,özü də ən müxtəlif birləşmələr şəklində
öyrənmək lazımdır.Yalnız belə məşq metodikası əsas və düzgün sayılır. Təlimin
ilk mərhələlərində ağacla hərəkəti öyrəndikdən sonra,onu bədənin digər
hissələrinin ən sadə hərəkətlərilə əlaqələndirmək olar.Çünki bu daha çox
məqsədəuyğundur.
Dostları ilə paylaş: |