Mövzu № 15. Tullanmalar texnikasının əsasları. Öyrədilmə metodikası və
məşqi.
Plan:
1.Yüngül atletika tullanmalarının müxtəlif növlərinin öyrədilməsinin ardıcıllıqı.
2.Məşqin müxtəlif dövrlərinin vəzifə və vasitələri.
1.Yüngül atletika tullanmalarının müxtəlif növlərinin öyrədilməsində ardıcıllıq
bunlardır.
Tullanmalar.
1.Qaçaraq uzunluğa tullanmaq.
2.Qaçaraq hündürlüyə tullanmaq.
3. Qaçaraq üç təkanla tullanmaq.
4.Şüvüllə tullanmaq.
Yüngül atletika tullanmalarının ayrı-ayrı növlərinin texnikası başlıcadan ikinci
dərəcəliyə və sadədən mürəkkəbə döğru ardıcıllıqla öyrənilməlidir.
Hərəkətlərin yerinə yetirilməsi texnikasında buraxılmış səhvlərin və onların
aradan qaldırılması.
Təlim prosesində baş verən səhvlər müxtəlif səbəblər üzündən meydana çıxa
bilər.Məşqçi aşağıdakıları nəzərə almalıdır.
-adətən idmançıların əksəriyyətində müəyyən növlərdə baş verən tipik səhvlərin və
öyrəniləcək hərəkətlərin xüsusiyyətlərinin izahatı.
-öyrənənlərin xüsusiyyətləri ilə başlıca hissələrinin icrasına aid əsaslı səhvlər.
-əsaslı səhvlərin nəticəsində baş verən ikinci dərəcəli səhvlər.
-hərəkətlərin detallarındakı və hissələrindəki səhvlər.
-hərəkətlərin ayrı-ayrı hissələrinin uyğunluğundakı,vəziyyətlərində və hərəkətləri
də olan səhvlər.
-təlimin qeyri-normal maddi təminatı zamanı baş verən səhvlər.
Təlim prosesində baş verən səhvlər arzu edilməz və xoşagəlməz hadisədir.Bu
hər şeydən əvvəl bütün təlim metodikasına düzgün olmadığını göstərir. Təlim vaxtı
baş verən səhvlər nəqədər müxtəlif olarsa,onların düzəlişi üçün də bir o qədər
müxtəlif yollar vardır.Onlar aşağıdakılardır.
-idmançıların hazırlıq dərəcəsini,yaşını,cinsini,fərdi xüsusiyyətlərini.
-bütün təlim metodikasının düzgünlüyinə fikir vermək.
Bunlardan başqa səhvləri düzəltmək üçün bir sıra başqa üsullardan da istifadə
etmək lazımdır.
-düzgün hərəkətləri “şişirtmək” artıq hərəkətlərin göstərmək,hərəkəti icra edərkən
sadə hərəkət tapşırıqları vermək yolu ilə hərəkətin düzgünlüyünü həvəsləndirmək.
İdmançıya lazım olan fiziki keyfiyyətlər və onların inkişaf etdirilməsi
metodları.İdmançının hərtərəfli fiziki inkişafı onun texniki ustalığının artması ilə
möhkəm bağlıdır.İdmançı hərtərəfli inkişaf etsə təkmiləşmiş texnikaya daha tez
yiyələnə bilər.
İdmançının texniki təkmiləşməsi möhkəm bünovrəyə malik olmasıdır. Belə
bünovrə isə hərtərəfli fiziki inkişafdır.Yalnız hərtərəfli fiziki inkişafa malik
idmançı hərəki vərdivləri və bacarıqları,təkmilləşmiş texnikanı tam ölçüdə
mənimsəyə bilər.
2.İl boyu məşq şərti olaraq üç dövrə bölünür;Hazırlıq dövrü.Bu qışı və ilk baharı
əhatə edir.(dekabr,mart).Hazırlıq dövründə məşqin məqsədi-məşqin əsa dövründə
yüksək idman nəticələri göstərməkdən ibarətdir.Hazırlıq dövrünün əsas vəzifələri
aşağıdakılardır;
-idmançının hərtərəfli fiziki hazırlığın yaxşılaşdırmaq;
- məşqdə tələb olunan fiziki və mənəvi-iradi keyfiyyətləri inkişaf etdirmək;
- əlverişli idman texnikasını mənimsəmək və təkmiləşdirmək.
Vasitələr;
-alətlərsiz,alətlərlə və alətlər üzərində ümumi inkişaf və xüsusi hazırlıq hərəkətləri;
-yavaş və orta sürətlə qaçış,estafetlər,adi şəraitdə yeriş və qaçış.
-bir yerdə duraraq uzununa və hündürlüyə tullanmaq.
-yüngül atletika alətlərini atmaq.
Əsas dövr.
-fiziki və mənəvi keyfiyyətlərin daha da inkişafı;
-idman texnikası və taktikasının təkmilləşdirilməsi.
-orqanizmi ən yüksək gərginliyə hazırlamaq;
-seçilmiş idman növündə ən yüksək nəticələrin göstərilməsi.
Vəzifə;
-ümumi inkişafa təsir edən hərəkətlər və xüsusi hazırlıq hərəkətləri.
-tullanmaların əsas hərəkət növləri.
-yarışlarda hərəkət,iştirak.
Keçid dövrü.
-hərtərəfli fiziki hazırlığı daha da yaxşılaşdırmaqdan;
- idman texnikasınınayrı-ayrı incəliklərini təkmiləşdirməkdən.
-fəal istirahətdən ibarətdir.
Vasitələr.
-ƏMH-kompleksi normalarına hazırlıq və onları yerinə yetirmək.
-uzun müddətli gəzintilər;
-başqa idman növləri ilə məşğul olmaq;
-idmançının məşğul olduğu hərəkətləri təkmilləşdirmək.
Məşq yükünün dövr və mərhələlərə əsasən həcm ilə intensivliyi.Məşqin əsas
qanuna uyğunlarından biri silsiləli xüsusiyyətlərə malik olmasıdır. Yəni müəyyən
məşq dövrü bu və ya başqa dərəcədə əvvəlki, dövrdən fərqlənərək təkrarlanır.