ümumtəhsil məktəblərinin bütün siniflərində tədris olunur.Yeriş,qaçış,tullanmalar
və atmalar təbii hərəkət vərdişləri aşıladığına insan üçün xarakterik olduğuna və
emosionallığına və s.görə fiziki tərbiyə vasitələri içərisində əhəmiyyətli yerlərdən
birini tutur.Yüngül atletika məşğələlərinin düzgün təşkili məktəbyaşlı uşaqların
kömək edir,bundan əlavə,hərəki keyfiyyətləri qüvvə,sürət,cəldlik,güc və s.inkişaf
etdirir,iradəni və dözümlülüyü artırır,intizam,fəallıq tərbiyə edir.Xüsusilə uşaq və
gigiyenik vərdişlər aşılayır.Yüngül atletika hərəkətlərini tətbiqi eyni zamanda
O,ürək-damar və əsəb sistemini möhkəmləndirir,tənəffüs orqanlarının funksiyasını
yaxşılaşdırır,maddələr mübadiləsini gücləndirir,bədən qamətinin formalaşmasına
yardım göstərir.Yüngül atletika məşğələlərinin səmərəli təşkili və keçirilməsinə bir
də ona görə ciddi səy göstərmək vadibdir ki, o həm də uşaq və
yeniyetmələri,gəncləri əməyə və müdafiyə bədən tərbiyəsi kompleksinin norma və
tələblərini yerinə yetirməyə hazırlayır.Çünki,bədən tərbiyəsi kompleksinin əsas
hərəkət növləri yüngül atletika elementlərindən ibarət olub.bu hərəkət növləri üzrə
texnikaya yiyələnmə əməliyyatı da məhz yüngül atletika dərslərində aparılır.
Yüngül atletikada iki metoddan istifadə olunur: Birinci metod.Bu zaman başlıca
diqqət hərəkətlərin hissə-hissə öyrədilməsindən sonra tam şəkildə öyrədilməsinə
istiqamətləndirilir.Məsələn,əgər müəllim uzununa tullanmanı
öyrədirsə,o,əvvəlcə,hərəkət texnikasına az vaxt içəriində düzgün yiyələnmək üçün
zəruri komponetləri müəyyənləşdirir.Sonra isə bu kompenentlər ayrı-ayrılıqda
mənimsədir,daha sonra isə onlar arasında uyğunluq-əlaqə yaradır. Uzununa
tullanmanın başlıca öyrətmə kompenentlərinə isə qaçışa başlamaq sahəsinin
müəyyən edilməsi,düzgün qaçış texnikasının a.ılanması,təkan nöqtəsinin,təkən
ayağının dəqiqləşdirilməsi,uçuş və yerə düşmə fazalarının düzgün yerinə
yetirilməsi texnikasının mənimsədilməsi daxildir.
Dostları ilə paylaş: