Tövsiyyə olunan dərslik, dərs vəsaitivə metodik vəsaitlər



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix23.01.2022
ölçüsü0,63 Mb.
#51511
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   24
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu № 14. . Tullanmalar  texnikasının əsasları. Öyrədilmə metodikası və 

məşqi. 


      Plan: 

1. Qaçaraq  tullanmanın  fazaları. 

2.Uzunluğa tullanmanın yerə enmə fazası.     

3.Tullanmalarda müxtəlif  növlərindəki texniki xüsusiyyətlər.     

 

    1.Tullanmalarda  tam  hərəkət  şərti  olaraq  dörd  fazaya  bölünür:1)hərəkətin  qaçış 



hissəsi;2)təkan;3)Uçuş;4)Yerəenmə.     

  Hərəkətin  qaçış  hissəsi-hərəkətin  bu  hissəsində  idmançının  qarışısında  duran 

başlıca vəzifə təkanın icrasına qədər optimal hərəkət sürətinə nail olmaq və təkanın 

icrası  üçün  effektli  şərait  yaratmaqdan  ibarətdir.Ayrı-ayrı  tullanmalarda  hərəkətin 

qaçış  hissəsində  sürətin  böyüklüyü  müxtəlifdir.Qaçaraq  uzunluğa,üç  təkanla  və 

şüvüllə  tullanmalarda  idmançı  hərəkətin  qaçış  hissəsində  maksimal  qaçış  sürətinə 

nail  olmağa  çalışır.Buna  görə  də  bu  tullanma  növlərində  qaçış  məsafəsi 

18,20,22.bəzən  daha  çox  qaçış  addımından  ibarət  olur.Qaçaraq  hündürlüyə 

tullanmalarda isə  hərəkətin  icra usullundan aslı olaraq qaçış hündürlük plankasına 

nəzarət  müxtəlif  bucaqlar  altında,düz  xətli  ilə  qövsuvari  xətt  üzrə  yerinə  yetirilə 

bilər.Burada  qaçış  sürəti  maksimal  olmasada,xüsusi  ritmdə  yüksək  sürətlə  icra 

olunur.Buna görə də qaçaraq hündürlüyə tullanma hərəkətində qaçış məsafəsi 7-11 

addımında  yerinə  yetirməklə  hərəkət  sürəti  5-7,5m\san  təkan  zamanı  isə  şaquli 

hərəkət  sürəti  3,5-4,9  m\san.çatır.Hərəkətin  qaçış  hissəsində  idmançının  hərəkət 

sürətinə  nail  olması  tullanmanın  növündən,idmançının  fərdi  texnikasından  aslı 

olaraq müxtəlif yollarla baş verir.           

 

 



Lakin  bütün  hallarda  təkana  qədər  əldə  edilmiş  qaçış  sürəti  azaldılmalıdır.Qaçış 

məsafəsinin  sonuna  yaxın  təkana  hazırlıqla  əlaqədar  olaraq  axırıncı  3-5  qaçış 

addımı  ritmi  və  tempi  dəyişir.Qaçış  sürəti  və  təkanın  icrası  bir-biri  ilə 

əlaqədardır.Hərəkətin texniki cəhətdən düzgün  icrası zamanı qaçış sürəti nə qədər 

böyük olarsa,təkanda bir o qədər tez icra olunur. Bütün tullanmalarda  idmançının 

təkan yerinə düzgün düşməsinin əhəmiyyəti böyükdür.Ona görə də hərəkətin qaçış 

hissəsində  məsafənin  düzgün  seçilməsinin,axırıncı  qaçış  hissəsində  məsafəni 

addımlarının  düzgün  ritm  və  tempdə  icrasının  əhəmiyyəti  böyükdür.                                   

–Təkan  –  tullanmalarda  təkanın  icrasında  əsas  məqsəd  idmançının  ümümiyyətlə 

ara  məsafəsi  hərəkət  istiqamətini  yuxarıya  –irəliyə  yönəltməkdir.Təkan dövrü  icra 

mexanizmi  və  dayaq  dövrü  yaranan  qüvvələrin  istiqaməti  nöqteyi  nəzərdən  iki 

hissəyə  amortizasiya  və  təkan  fazalarına  bölünür.Ayağın  təkan  yerinə  qoyulduğu 

andan başlayaraq dayaq ayağına təzyiq getdikcə artır və qıç diz oynağından azacıq 

bükülür.Qıçın  diz  oynağından  nə  qədər  bükülməsi  tullanmanın  növündən  və 

üsulundan  asılıdır.Diz  oynağının  azacıq  bükülməsi  artan  təzyiq  nəticəsində  qıçı 

açan əzələlərin əvvəlcədən dartılmasına və onlarda bu zaman elastiklik enerjisinin 

yaranmasına  səbəb  olur.Amortizasiya  fazasında  təkan  qıçı  dizdən  azacıq  bükülüş 

olmalıdır.Bu  nöqtədə  bədənin  düz  qalması  çox  vacibdir,idmançı  isə  düz  irəliyə 

baxmalıdır.Uçuş fazası təkanın icrası qutardıqdan sonra idmançının dayaqla əlaqəsi 

kəsilir  və  onun  ümümiyyətlə  ara  məsafəsini  müəyyən  trayektoriya  üzrə  hərəkət 

etməyə  başlayır.Ona  görə  də  tullanmalarda  uçuş  bucağı  60-65

arasında olur.Uçuş 



bucağını  müəyyən  etmək  üçün  üfqi  və  şaquli  hərəkət  sürətinin  kəmiyyət 

göstəricilərini  bilmək  lazımdır.Yerəenmə  ayrı-ayrı  tullanmalarda  yerəenmənin 

icrası və xüsusiyyəti müxtəlifdir.    

2.Uzununa  tullanma  qabiliyyətinində,cəldlik,elastiklik,həmçinin  təkan  qüvvəsinə 

malik  olmaqdır.  Tullanma  (hoppanma)  yüngül   atletika    növlərinə    aiddir.2    yerə  

bölünür: Uzununa  tullanma  və  Hündürlüyə  tullanma.Bu  növlərin  hər  biri  də  

ayrı  ayrılıqda  bir  neçə  yerə  bölünür.Qaçaraq  uzununa  tullanma  kimi  yerindən  

uzununa  tullanmada  da  tirdən  istifadə  edilir.Lakin  bu  zaman  tir  çökəkdən  1m  

aralı  basdırılmış  olur. 

Orta  məktəblərdə  tullаnmаlаr  üçün  yеr-çаlаlаr düzəldilir ki, bunun dа uzunluğu 

6 m, еni 3 m, dərinliyi isə isə 40-50 sm оlur.Bəzi  hallarda  uzunluğu 6 m, еni 4,25 

m olur.Tullаnmа çаlаlаrı nаrın qumlа və yоnqаrlа yеr səthinə qədər dоldurulmаlı, 

tullаnmаdаn əvvəl mütləq qаzılıb yumşаdılmаlıdır. Əgər uzununа və hündürlüyə 

tullаnmаq üçün еyni çаlа düzəldilirsə, mеydаnçаnın qısа tərəfi uzununа, uzun 

tərəfi isə hündürlüyə tullаnmаq üçün yаrаrlı hаlа sаlınmаlıdır. Qаçış cığırlаrı həm 

düz və həm də bərkidilmiş tоrpаq sаhələrindən ibаrət оlmаlıdır. Təkаn sаhələri 

dаhа möhkəm və bərk оlmаlıdır. Bu təkаn vеrmək üçün əlvеrişli şərаit yаrаdır. 

Tахtаdаn ibаrət təkаn lövhəsinin uzunluğu 1 m, еni 30 sm, qаlınlığı isə 2-3 sm 

оlmаlıdır. Uzununа tullаnmа çаlаsı еlə düzəldilməlidir ki, qаçаrkən gözə günəş 



şüаsı düşməsin. Uzununа tullаnmаdа qаçış cığırının uzunluğu 20-25 m, еni isə 1,5 

m оlmаlıdır. 

  Uzununa  tullanmanın  yerəenmə  fazasında  üç  təkanla  tullanmanın  tamamlayıcı 

fazasında  idmançının  əsas  vəzifəsi  enmə  səthinə  ilk  toxunmadan  sonra  məsafəyə 

itkisini  minimuma  endirməkdir.Bütün  yerəenmələrdə  idmançı  orqanizmi  böyük 

gərginliyə  məruz  qalır.Yerəenmə  ani  hərəkət  sürəti  bud-çanaq,diz,pəncəbaldır 

oynaqlarında bükülmələr hesabına amortizasiya olunaraq aşağı endirilir.Bu zaman 

amortizasiya yolu xüsusi əhəmiyyət kəsb edir.                                                                         

3.Tullanmalarda müxtəlif növlərdəki texniki xüsusiyyətlər bunlardır. Uzunluğa 

tullanmanın texniki xüsusiyyətləri. Qaçış fazasında məqsəd optimal qaçış sürətinin 

əldə  olunması;-Qaçış  məsafəsi  10  addımdan  (yəni  başlayan  idmançılar)  20 

addımdan  artıq(yuxarı  dərəcəli  idmançılar)  məsafəyə  qədər  ola  bilər.  –qaçış 

texnikası  sprində  olduğu    kimidir.-təkana  qədər  qaçış  sürəti  daim  artırılır.                        

Təkan  fazasında  məqsəd,şaquli  sürəti  mümkün  olan  maksimuma  çatdırmaq  və 

üfiqi  sürətin  itirilməsini  minimuma  endirmək.-pəncənin  ayağa  qoyulması  fəal  və 

cəlddir,aşağıya  geriyə  hərəkət  ilə  icra  olunur.(1).-Təkan  vaxtı  minimuma 

endirilir,təkan qıçı  minimal bükülür.-sərbəst qıçın budun  üfüqi  vəziyyətdə  hərəkət 

etdirilir(2)-pəncə-baldır,diz 

və 

çanaq-bud 



oynaqları 

tam 


düzəldilib.                                     

–Uçuş  fazası “Bükülərək texnikası” Məqsəd:səmərəli yerəenməyə  hazırlıq.-Sərbət 

qıç  təkan  vəziyyətində  ləngiyir.bədən  şaquli  vəziyyətdə  qalxmaqda    davam 

edir.Təkan  qıçı  uçuşun  çox  böyük  hissəsində  geridə  qalır.Təkan  qıçı    uçuşun 

sonuna  yaxın  bükülək  irəliyə  və  yuxarıya  hərəkət  etdiririlir.Hər  iki  qıç  yerəenmə 

üçün irəliyə düzəldilib. Uçuş fazası  “Açılaraq üsulunun kombinasiyası”   Məqsəd 

səmərəli  yerəenmə  hazırliq  Uçuşda  qaçış  hərəkətləri  qollarla  terinə  yetirilən 

holaylandırma  hərəkətlərinin  köməyi  ilə  davam  etdirilir.Qaçış  vaxtındakı  addım 

ritmi  dəyişdirilməlidir.Qaçışın  hərəkəti  yerəenmə  zamanı  dayandırılır  və  iki  qıç 

irəliyə  düzəldilir.Alternativ  uçuşda  1,5  və  ya  2,5  və  ya  3,5  addım.Uçuş  fazası 

Açılaraq  üsulu.  Məqsəd  səmərəli  yerəenmə  hazırlıq.-sərbəst  qıç  çanaq-bud 

oynağındakı  fırlanma  hərəkəti  hesabına  aşağı  endirilir.-bud  irəliyə  çıxarılır.-təkan 

və sərbəst qıçlar paraleldir.-qollar yuxarıya və arxaya hərəkət etdirilir.   

                                  Yerəenmə fazası.     

Məqsəd: uçuş trayektoriyasının itkisini minuma endirmək                                                   

-Qıçlar demək olar ki,tam düzəldilib.                                                                                  

-Bədən irəli əyilib  

-Qollar aşağıya arxaya uzadılıb.   

-Pəncə quma toxunduqdan sonra budlar irəli hərəkət etdirir. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin