İkinci metod.Hərəkət texnikasının hissə-hissə öyrədilməsi fondunda texnikanın
bütüvlükdə (tamlıqda) təkrar edilməsi yolu ilə hərəkətin öyrədilməsidir.Həmin
metoddan istifadə zamanı əsas diqqət hissə-hissə öyrədilən hərəkət elementləri
arasında uyğunluq koordinasiya yaratmağı yönəldilməlidir.Əgər hissələr arasında
uyğunsuzluq müşahidə olunursa,bu vaxt onun səbəbini öyrənilməsi və aradan
qaldırılması məqsədilə əlavə xüsusi hərəkətlər seçilməli və prosesdə istifadə
edilməlidir.Şagirdlər yüngül atletikanın hər hansı növü üzrə hərəkət texnikasına
yiyələndikdən sonra onların idman nəticəsinin yüksədilməsinə də
çalışmalıdır.Konkret deşək,hərəkət texnikasının bütövlükdə təkmilləşdirilməsi və
məktəblilərin fiziki hazırlığının artırılması yolu ilə idman sahəsində müvafiq
nailiyyətləri qazanmaq lazımdır.Burada əzələ qüvvəsini artıran,hərəkət texnikasını
bütövlükdə öyrənməyi təkmilləşdirən fiziki tərbiyə elementlərindən,texniki təlim
vasitələrindən istifadə olunmalıdır.Hərəkət texnikasının mənimsədilməsi ilə
əlaqədar texniki vasitələrdən istifadə edərkən duyma,hissetmə qabiliyyətlərini
nəzərə almaq vacibdir.İbtidai siniflərdə səs və ekran vasitələrinə və onların düzgün
tətbiqinə nail olmalıdır.Texniki təlim vasitələri və əyani vasitələr hərəkət texnikası
üzrə qruplaşdırılmış siniflərin hazırliq səviyyəsinə uyğun olaraq tətbiq olunmalıdır.
Texniki vasitələrdən istifadə olunarkən hərəkət texnikası bütövlükdə,sonra isə
hissə-hissə və ya əksinə nümayiş etdirilə bilər.Bu zaman sözün əyaniliklə qarşılıqlı
əlaqəsini düzgün təşkil etmək xüsusən vacibdir.Müşahidə göstərir ki,yüngül
atletika üzrə yeni hərəkət texnikası öyrədilərkən aşağıdakı pedaqoji –metodiki
amillərə əməl olunması təlim işinin müsbət nəticələnməsinə kömək edir. Bura
hərəkət texnikasının bütövlükdə və hissə-hissə öyrədilməsinin bilavasitə müəllimin
rəhbərliyi altında aparılması,hərəkət texnikasının təkrar edilməsi dövründə,qüsurlu
yerinə yetirilən hərəkətlərin daha çox təkrarlanması hərəkətlərin fərdi və qrup
şəkilində yerinə yetirilməsi,hərəkəti düzgün yerinə yetirən uşaqların onu nümayiş
etdirilməsi,ev tapşırıqları verilərkən şagirdləri fərdi xüsusiyyətlərini nəzərə
alınması və s.daxildir.
2. Yüngül atletika dərsləri adədən tədris ilinin isti aylarında şagirdlər üçün təşkil
olunur.Ona görə ki,yüngül atletika növlərinin iqlim və idman baza şəraiti
baxımından həmin aylar daha əlverişlidir.Eyni zamanda,göstərilən aylarda açıq və
təmiz hava şəraitində yeriş,qaçış,tullanma,cisim atma və s. öyrədilməsi xeyli
asanlaşır.Çünki digər tədris aylarına görə tədris ilinin əvvəli və axırında hava
şəraiti orqanizmə daha müsbət təsir etməklə,həm də hərəkətlərin icra olunmasına
görə də hazırlıqlı olur.Lakin həmin dərsdə digər dərslərə nisbətən
(gimnastika,oyunları və s.) şagirdlər daha çox fiziki yük alırlar.Bu zaman onlar tez-
tez tərləyir və bunun nəticəsində də soyuqdəymə,xəstələnmə halları baş
verir.Qaçışdan sonra uşaqların dayanmalarında belə hadisələr tez-tez baş verir.
Bunun qarşısını almaqdan ötrü müəllim qaçışdan sonra dayanmalara imkan
verməməli,uşaqlar tənəffüs və sadə hərəkətləri icra etdilməlidir.Gərgin fiziki yük
aldıqdan sonra uşaqların oturmağa icazə verilməməlidir.Yüngül atletika dərslərinə
şagirdləri sinif otağı qarşısında sıraya düzüb gətirməlidir.Havalar soyuq olduqda
onlar isti idman geyimində olmalıdır.Bu vaxt onların uzun-uzadı
yoxlamamalı,dərsin məqsədi və vəzifələrini qısa şəkildə izah etdikdən sonra
hərəkətlərin öyrədilməsinə keçməlidir.Hərəkətlərin yerinə yetirilməsi də qısa və
konkret izahatla həyata keçirilməlidir.Əks təqdirdə,boşdayanma uşaqların
üşüməsinə səbəb olar.Bu isə onların diqqətinin yayılmasına,hərəkətlərin icrasına
marağın azalmasına şərait yaradır.İsti hava şəraitində uşaqları günvurmadan
qorumalı,onları qızmar günəş altında saxlamamalı,izahatlar kölgəlikdə aydın
şəkildə verilməlidir.
3.Yeriş,qaçış tullanmalar və çoxnövçülük üzrə məşğələlərin hərbi tətbiqi
əhəmiyyəti vardır.Yüngül atletika idmanın hərbidə tətbiqi nə qədər böyük
əhəmiyyətə malik olması hələ bizim eramızdan əvvəl mövcudluğu bizə məlum
olmuşdur.
–Yüngül atletika hərəkətləri-yeriş qaçış,tullanmalar və atmalar çox qaədim
dövürdən qalmışdır.Buna misal olaraq Qədim Yunanıstan Olimpiya oyunları
proqramına hərbi iştirakçılara stadionda 192 m qaçmaq,uzaq 2300 m-dən 4500 m-
dək məsafəyə qaçmaq,yumruq davası,güləşmək-pentatlon, qədim beş
mübarizə(qaçış,tullanmala,güləşmək,lövhə və nizə atmaq) daxil idi.İnqlabdan
əvvəl(böyük sosialist,inqlabi) Azərbaycanda yüngül atletika idmanı inkişafı
etdirilib kütləvi hal almasında bu idman növündən düşmənlə üz-üzə
dayanmaqdaqn ötəri bizim cümüriyyət əsgərlərinə lazım olan
davamlılıq,cəldlik,güc,qıvraqlıq,cəsarətlilik,qələbəyə inam və s. keyfiyyətləri
inkişaf etdirmək baxımından orduda geniş istifadə etdirilmişdir.Çünki cümüriyyət
döyüşçülərin hazırlığında yüngül atletika elementləri xüsusi əhəmiyyətə malik idi.
–Kələ-kötür yerlərlə qaçmaq,maneələr sahəsini rədd etmək və qumbara atmaq üzrə
növlər o zaman orduda əsas yer tuturdu. Yüngül atletikanın əsas növləri Müstəqil
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim prosesində böyük
əhəmiyyətli bir amil kimi tətbiq olunur.Özümüz istəmədən müharibəyə təcrübən
cəlb olunmağımız və bu müharibədə Respublikamızın 20% -dən çox
torpaqlarımızın düşmən tapdağından təmizləmək naminə bütün ordu sıralarında
xidmət edən döyüşçülərimizə,uzaq məsafələri qət etməkdən,müəyyən sahəni dəf
etməkdən və müyyən sahəni qumbara atmaqdan ötəri onlara lazım olan bir sıra
fiziki keyfiyyətləri aşılamaq lazım gəlir.Bədən tərbiyəsi və idmanda,xüsusən
yüngül atletikada mübarizə aparmaq,qələbə qazanmaq,səy göstərmək,seçilən
növdə nəticə əldə etmək həvəsi çox gözə çarpır.Biz Azərbaycan Respublikasının
Silahlı Qüvvələrinə inanırıq ki,onlar torpaqlarımızı düşməndən azad
edəcəklər.Çünki,bizim güclü ordumuz buna qadirdir, və onların siyasət baxımından
güclü Ali baş komandanları var.
|