3. TƏHSILDƏ ISTIFADƏ OLUNAN İKT AVADANLIĞI
VƏ PROQRAM TƏMINATININ XÜSUSIYYƏTLƏRI
3.1. Təhsildə istifadə olunan İKT vasitələri dedikdə həm bu məqsədə xidmət edən elektron aparat,
həm də proqram təminatı başa düşülür.
Aydındır ki, İKT-ailəsinin ən əsas qurğusu komputerdir. Kompüter dedikdə, sistem bloku və ona
əlavə edilən giriş-çıxış qurğuları – klaviatura, monitor və mouze kimi vacib qurğular dəsti başa
düşülür. Kompüter dəsti İKT avadanlığının təhsilə tətbiqi üçün əsas rol oynayan vasitədir. Lakin,
bununla yanaşı İKT-nin təhsilə tətbiqi məqsədilə təyinatından aslı olaraq aşağıdakı qurğulardan
(periferiya qurğularından) da istifadə olunur:
-
Ağıllı lövhə —
informasiyanın
eşidilmə və göstərilmə cəhətindən daha yaxşı başa düşülməsi
üçün hazırlanmış interaktiv ağ
lövhələrdir
.
Bütün sistem dörd elementdən ibarətdir:
1. İntellektual lövhə
2. Proyektor
3. Lövhəni idarəetmə pultu
4. Kompyuter üçün çıxış
İnteraktiv lövhə (Interactive whiteboard) ölçüləri və forması ilə adi məktəb lövhəsinə
bənzəyən sensorlu ekranı özündə kəsb edir. Ekran kompyuterə qoşulur və proyektor vasitəsilə
kompyuterin monitorunda baş verən hər şeyi əks etdirir. Kompyuterlə interaktiv lövhənin əlaqəsi
ikitərəflidir, yəni kompyuterin monitorunda (və müvafiq olaraq, lövhədə) açılmış faylları həm
kompyuterin alətləri (klaviatura, siçan, taçpad), həm də bilavasitə ekranın ozündən redaktə etmək
olar. Xüsusi markerdən, teleskopik göstəricidən və ya barmaqdan istifadə etməklə lövhədə işləmək
olar. Kompyuterdə saxlanan faylları birbaşa ekrandan açmaq, yenisini yaratmaq onlarda şəkil
çəkmək, yazı yazmaq, fotoşəkillərin yerini dəyişmək, videofaylları qoşmaq və s. mümkündür. Burada
edilən bütün dəyişikliklər komppyuterin yaddaşında saxlanılır və zərurət olduqda dəyişilmiş faylları
laptopun dəstəklədiyi çıxarılabilən daşıyıcılara köçürmək mümkün olur. İnteraktiv lövhənin və
proyektorun söndürülməsi, səsin tənzimlənməsi və s. kimi parametrləri idarə etmə müəllimdə olan
idarəetmə pultu vasitəsilə həyata keçirilir İnteraktiv lövhənin köməyi ilə müəllimlər öz dərslərini
daha maraqlı və əyani təqdim edə bilərlər. Bundan əlavə, dərsin gedişatı zamanı yaradılmış faylları
özünəməxsus konspektəşagirdlər üçün köməkçi vasitəyə çevirmək və onu evdə əlavə işləmək üçün
dinləyicilərə paylamaq olar.
- Proyektor: Kompyuterdə saxlanılan informasiyanın
geniş
istifadəçi
kütləsinə
çatdırılmasından ötrü istifadə edilən və müasir təlim tədris texnologiyaları arasında ən geniş
yayılmış optik qurğudur.
Dostları ilə paylaş: |