etdirməlidir. Digər tərəfdən onlar elektron nəşr kateqoriyasına aiddir və onlara elektron nəşrlərin
təsnifatı prinsipini aid etmək olar. Ucuncu tərəfdən, yaradılma texnologiyasına gorə onlar proqram
məhsuludur və onlara proqram məhsullarının təsnifatı prinsiplərini də tətbiq etmək olar.
Hazırda tədris nəşrləri sisteminin muəyyən tipoloji modeli yaranmışdır. Onlar tədris nəşrinin
təlim prosesində yeri və əhəmiyyətini muəyyən edən funksional əlamət əsasında dord qrupa
bolunurlər: proqram-metodik (tədris planı, tədris proqramı), tədris-metodik (metodik gostərişlər),
oyrədici (dərslik, dərs vəsaiti, muhazirə konspektləri), koməkci (praktikumlar, muntəxabatlar və s.)
tədris nəşrləri. Informasiya texnologiyaları bu təsnifata gorə beşinci qrup tədris nəşrini təşkil edə
bilər: yoxlayıcı-nəzarətedici (testləşdirici proqramlar, verilənlər bazası).
Elektron nəşrlər strukturuna gorə bir tomlu, coxtomlu və elektron seriya kimi təsnif
edilir.
Mətnin təşkilinə gorə tədris eklektron nəşrlər mononəşrlər və məcmuə kimi iki qrupa
bolunur.
Verilən informasiyanın xarakterinə gorə tədris nəşrləri tədris planı, tədris proqramı,
metodik gostəriş, metodik rəhbərlik, təcrubə proqramı, muntəxəbat, dərslik, dərs vəsaiti və s. kimi
təsnif olunur.
Materialın şərhinə gorə tədris materialları aşağıdakı kimi təsnif olunur:
- konveksion tədris materialları (təlimin informativ funksiyasını həyata kecirir);
- proqramlaşdırılmış tədris nəşrləri (muasir anlamda elektron nəşrlər);
- problemli tədris nəşrləri (şagirdlərin məntiqi təfəkkurunun inkişafı məqsədi ilə tədris
materialı problemli təlim nəzəriyyəsi əsasında şərh olunur, belə nəşrlər şagirdlərin
idrak fəaliyyətini yuksəltməyə xidmət edir );
- kombinə edilmiş və ya universal tədris nəşri.
Elektron kursun yaradılma prosesi əsasən uc mərhələyə bolünür:
1.Kursun layihələndirilməsi.
2.Kurs materiallarının hazırlanması.
3.Materialların vahid proqram kompleksində birləşdirilməsi.
Mətnin hazırlaması. Hipermətn və multimediyalıq prinsipi əsasında elektron kursun
texnoloji ssenarisini yaratmağa başlayarkən nəzərə almaq lazımdır ki, multimediya kursdakı butun
tədris informasiyası hipermətn prinsipinə gorə, məzmunca bir neçə səviyyədə təqdim edilə bilər.
Tədris materialının xətti strukturlaşmasının (proqramlaşdırılmış təlimin xətti oyrədici
proqramlarına uyğun) hipermətn formasında təqdimatı variantı belədir: Birinci səviyyə-əsas
informasiya, ikinci səviyyə-izahat və əlavələr, ucuncu səviyyə - illustrativ material, dorduncu
səviyyə-məlumat –sorğu materialı olmalıdır. Tədris materialının xətti strukturlaşmasının idrak
fəaliyyətinin muxtəlif formalarına yonəlməsi təqdimatı daha səmərəli edir. Bu zaman birinci
səviyyə - illustrativ-təsviri, ikinci səviyyə-reproduktiv, ucuncu səviyyə –yaradıcı-produktiv kimi təyin
oluna bilər.
Dostları ilə paylaş: