283. Dalğıcların təbil pərdəsindəki həddən artıq ağrılı qabarmasının, hətta cırılmasının
qarşısının alınmasında hansı anatomik üzvün böyük rolu vardır? Yevstax borusu
(
qirtlaq)
15.LOR orqanlarının peşə xəstəlikləri.
284. “Müğənni düyüncükləri “ zamanı hansı əsas klinik əlamət müşahidə edilir?
Səsin tez yorulması,xirıltılı olması,səsin tez yorulması,boğazda acışma,qıcışma
hissi
285. İnsan rəqs tezliyi neçə hers olan səsləri qəbul edə bilər ? Saniyədə 16
hersden 20.000 hersedek
286. Kesson xəstəliyi zamanı hansı əlamət olmur ? Olir:
bir və ya bir neçə oynaqda
baş verən şiddətli ağrılar,ürəkdə çiyində və digər nahiyələrdə sızıltı ilə müşayət
olunan ağrılar ,gözün,daxili orq.bagırsaqların zədəl.ağır hallarda ağciyər bə ürək
infarkti,çanaq üzvlərinin və aşagı ətraflarin parezi,hətta korluq da baş verə bilər
287. Ürək qüsuru və səyrici aritmiyası olan 34 yaşlı xəstədə qəflətən sol baldır və
ayaqda kəskin ağrılar başlayıb. Baxış zamanı ayaq və baldırın aşağı 1/3 hissəsi
avazımış, soyuqdur. Baldır əzələlərinin palpasiyası kəskin ağrılıdır. Aşıq-baldır
oynağında aktiv hərəkətlər yoxdur. Ayaqda taktil hissiyat azalıb. Ümumi bud
arteriyasında nəbz təyin edilir. Ətrafın digər arteriyalarında nəbz müəyyən
edilmir. Hansı xəstəliyin əlamətləridir? Obliterasiyaedən endarteriit
288. 24 yaşlı xəstə travmatoloqa müraciət edib, sol bazunun vaxtaşırı çıxığından
şikayət edir 6 ay əvvəl xəstədə bazunun çıxığı olub, çıxığı yerli anesteziya altında
yerinə salıblar; 1 həftə ərzində ləçək sarğısı ilə immobilizayasiya olunub.
Hansı xəstəliyin əlamətləridir? Adəti çıxıq
289. Avtomobil qəzasından sonra xəstəxanaya yaşlı kişi çatdırılıb.Qasıq və aralıq
nahiyyəsində ağrılardan şikayət edir. Ayaqlarla hərəkət etdikdə ağrı güclənir.
Qaşığın palpasiyası hər iki tərəfdə ağrılıdır. Sidik kanalında damcı-damcı qan gəlir.
Aralıqda hematoma var. Sidik kisəsi həddindən artıq doludur. Dibi qasıq üstündən
çıxır. Sidiyə getmə cəhdi yandırıcı ağrı ilə müşahidə olunur.
Hansı xəstəliyin əlamətləridir? Çanagın sınığı,sidik kanalının zədələnməsi
290. 24 yaşlı kişi cərəyanı 1000 V dan aşağı olan açıq elektirik naqilinə əli dəyib,
travma alıb. Kontakt zamanı yuxarı ətrafda qıcolma qeyd edib. Xəstənin huşu
aydındır, vəziyyəti kafidir. Sağ əlin tış səthində qara rəngli nekrozlaşmış toxuma
sahəsi müşahidə edilir. Ətrafdakı toxumalarda şişkinlik, əzələlərin səyrilməsi
müşahidə edilir.
Hansı xəstəliyin əlamətləridir? Elektrotravma-birinco dərəcə
291. 25 yaşlı xəstə sol diz oynağı üstünə yıxılıb. Hərəkət zamanı güclənən ağrıdan
şikayət edir. Obyektiv olaraq sol diz oynağının konturlarının hamarlaşması,
şişkinlik. Gərginlik müşahidə edilir, hərəkətlər məhdudlaşmışdır.
Hansı xəstəliyin əlamətləridir? Diz qapagının sınığı
292. 18 yaşlı xəstə qaçış zamanı ayağı büdrəyib. Kəskin ağrı hiss edib. Zədələnmiş
ayaq üstə dura bilmir. Gəzəndə axsayır. Baxış və palpasiya zamanı axilles vətəri
nahiyəsində çuxurcuq qeyd edilir.
Hansı xəstəliyin əlamətləridir? Topuq sümüyünün sınığı
293. 23 yaşlı kişi bərk əşya ilə başından zərbə alıb. Huşu qısa müddətli itib, 1 dəfə
qusma olub. Başgicəllənmə, başağrısı və ürəkbulanmadan şikayət edir. Vəziyyəti
kafidir. Nəbz 84. Ocaqlı nevroloji əlamətlər yoxdur.
Hansı xəstəliyin əlamətləridir? Yüngül baş beyin silkələnməsi
294. Xəstəxanaya yanğında zərərçəkmiş çatdırılıb. Vəziyyəti ağırdır. Nəbz 88. Üz
nahiyyəsində dərinin hiperemiyası, suluqlar müşahidə edilir. Kürək, sarğı
nahiyyələrində də suluqlar müşahidə edilir.
Hansı xəstəliyin əlamətləridir? 2-ci dərəcəli termiki yanıqlar
295. 26 yaşlı qadın xizəklə sürüşərkən yıxılıb, çanaq nahiyyəsindən travma alıb. Xəstə
sağlam böyrü üstə uzanır. Xəstələnmiş nahiyədə ayaqla aktiv hərəkətlər
məhdudlaşmış, ağrılıdır. Qalça sümüyünün arxaya doğru yerdəyişmiş hissəsi
palpasiya olunur.
Hansı xəstəliyin əlamətləridir? Çanağın sınıgı
296. Xəstə partlayış zamanı qarın nahiyyəsindən yaralanıb. Qarının aşağı hisəsində
artan güclü ağrılardan şikayət edir. Qasığın üstündə solda 0,4 sm yara qeyd edilir.
Qarın aşağı şöbələrdə kəskin ağrılıdır. Sidiyə getmir. Nəbz 110, AT 95/60 mm cs
Sidik kisəsinin kateterizasiyası zamanı bir neçə ml qanlı sidik alınıb.
Hansı xəstəliyin əlamətləridir? 2 formada düşə bilər:qarının daxilə keçməyən açıq
Dostları ilə paylaş: