Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə105/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   101   102   103   104   105   106   107   108   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Qiymət   meyarları.   Bilik   və   bacarıqların   qiymətləndirilməsi   üçün   müxtəlif
meyarlardan istifadə olunur. Dünya təcrübəsində müxtəlif bal qiymətləri tətbiq edilir
(5 baldan 100 bala qədər). Boloniya prosesinə daxil olan ölkələrdə vahid qiymət
meyarı   –   100   bal   tətbiq   olunur.  Azərbaycanın   ali   məktəbləri   də   çoxballı   qiymət
sisteminə   keçmişdir.  Qiymətləndirmə   «Tələbələrin   biliyinin   qiymətləndirilməsinin
çoxballı   sistemi   haqqında   Əsasnamə»yə   uyğun   olaraq   aparılır   (Əsasnamə   təhsil
nazirinin 15.05.2003-cü il 420 saylı əmri ilə təsdiq olunmuşdur).
Tələbələrin imtahanlarda, məşğələlərdə cavabları qiymətləndirilərkən müvafiq
meyarlardan   istifadə   olunur.  Qiymət   balları   müxtəlif  göstəricilər  əsasında   verilir.
Qiymətləndirmədə nəzərə alınan əsas göstəricilər bunlardır: a) biliyin  həcmi  (proq-
ram materialları tam və ya qismən mənimsənilib?); b) biliyin dərk edilməsi (şüurlu,
yoxsa mexaniki öyrənilib, tələbə keçilmiş materialı nə dərəcədə başa düşür, cavabı
düzgündürmü, fikirlərini əsaslandıra bilirmi, müstəqil fikir söyləyə bilirmi?); c) biliyin
tətbiqi (tələbə nəzəri biliyi həyata, çalışmalara müstəqil tətbiq edə bilirmi?); ç) biliyin
ifadə olunması (tələbə fikirlərini ədəbi dildə düzgün ifadə edə bilirmi, danışığında və
yazıda səhvlərə yol verirmi?).
Tələbənin biliyinin qiymətləndirilməsi zamanı təlim formalarının, ayrı-ayrı iş
sahələrinin xüsusiyyətləri nəzərə alınmalıdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin