2. Tərbiyənin qanunauyğunluqları və prinsipləri Tərbiyənin qanunauyğunluqları. Tərbiyə işini düzgün qurmaq və elmi əsasda
idarə etmək üçün onun qanunauyğunluqlarını bilmək və tərbiyə fəaliyyətində nəzərə
almaq lazımdır. Tərbiyə prosesinin qanunauyğunluqları dedikdə, bu prosesə obyektiv
şəkildə xas olan ən ümumi, mühüm və sabit əlaqələr, səbəb-nəticə asılılıqları başa
düşülür. Bu qanunauyğun əlaqələrin öyrənilməsi və yığcam, məntiqi şəkildə ifadəsi
sayəsində tərbiyə qanunları müəyyən edilir. Tərbiyə qanunları müvafiq prinsiplərdə
öz əksini tapır.
Tərbiyənin prinsipləri, onların təsnifatı. Tərbiyə prinsipləri tərbiyə prosesinin
qanunauyğunluqlarını əks etdirən, tərbiyə işində rəhbər tutulan əsas tələblərə, başlıca
müddəalara deyilir. Tərbiyə prosesi elmi prinsiplər əsasında qurulduqda daha yaxşı
nəticə verir. Əksinə, tərbiyə prinsiplərinə etinasız yanaşdıqda xoşagəlməz nəticələr
alınır. Məsələn, tələblərdə vahidlik pozulduqda insanda müsbət davranış adətləri
yaratmaq çətindir.
Tərbiyənin prinsipləri tərbiyə prosesinin komponentləri arasındakı qanunauyğun
əlaqə və asılılıqları tənzimləməyə xidmət edir. Buna görə də tərbiyə prinsiplərini
tərbiyənin qanunaları əsasında təsnif etmək mümkündür.
Tərbiyə qanunları və prinsipləri arasındakı əlaqəni nəzərdən keçirək (bax:
cədvələ).
90