Ali məktəbdə tərbiyə işinin mahiyyəti, prinsip və metodları Plan: 1. Tərbiyənin mahiyyəti və xüsusiyyətləri
2. Tərbiyənin qanunauyğunluqları və prinsipləri
3. Tərbiyə metodları
4. Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi
1. Tərbiyənin mahiyyəti və xüsusiyyətləri Tərbiyə prosesini elmi əsasda qurmaq üçün onun mahiyyətini düzgün başa
düşmək lazımdır.
Pedaqogika tarixində tərbiyəyə müxtəlif baxışlar olmuşdur. Orta əsrlərdə avto- ritar tərbiyə hakim idi. Onun əsas vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi.
Kapitalizmin inkişafı ilə əlaqədar tərbiyəyə yeni baxışlar meydana çıxdı. Tər-
biyə insanın təbii qüvvələrini inkişaf etdirən, onun sərbəst inkişafını təmin edən
vasitə kimi başa düşülürdü. Bu əsasda azad tərbiyə ideyası irəli sürüldü (J.J.Russo).
Tərbiyəyə müasir baxış həm avtoritar, həm də azad tərbiyəni inkar edir: tərbiyə
insana müəyyən sərbəstlik verməklə ağıllı pedaqoji rəhbərliyi uzlaşdırmağa
əsaslanmalıdır. Müasir pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar formalaşması və inkişafı prosesi kimi baxır.