Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə142/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   138   139   140   141   142   143   144   145   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Ekoloji tərbiyə.  “Ekologiya” yunan sözü olub, yurd (məkan) haqda təlim de-
məkdir. Ekologiya bir elm kimi ətraf mühit amillərinin – cansız, canlı (biotik) və an-
tropogen (insan və onun yaratdığı maddi-mədəni, elmi-texniki, iqtisadi-sosial) alim-
lərin qarşılıqlı əlaqələrini öyrənir. 
Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. 
Ekoloji tərbiyədə aşağıdakı vəzifələr həyata keçirilir: - böyüyən nəsildə ekoloji
şüuru formalaşdırmaq; - doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət,
onun korlanmasına qarşı barışmazlıq hissləri aşılamaq; - təbiəti mühafizə üzrə zəruri
bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq.
Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. 
Təlim prosesi ekoloji tərbiyənin çox mühüm yoludur. Ayrı-ayrı fənlərin tədrisin-
də ekoloji təhsil və tərbiyə üçün böyük imkanlar vardır. Ekologiya və təbiəti müha-
fizə sahəsində fənlərin tədrisində mövcud imkanlardan səmərəli istifadə edilməli, hər
bir elmin ekoloji istiqaməti, tətbiqi aspektləri diqqət mərkəzində durmalıdır.
 Ekoloji tərbiyə sahəsində tədrisdə aparılan iş auditoriyadankənar tədbirlər yolu
ilə   daha   da   dərinləşdirilir,  təbiəti   mühafizə   işinin   müxtəlif   formalarından   istifadə
olunur: ekoloji dərnək və klublar, ekologiya üzrə olimpiada və viktorinalar, tələbə
ekologiya cəmiyyəti, ekologiya dəstələri, ekologiya ayları, ekologiya reydləri və s.
belə  maraqlı   formalardandır. Təhsil  müəssisələrində  və  yaşayış  yerlərində  yaşıllıq
iməciliklərinin,   ekoloji   müsabiqələrin   təşkili   kimi   tədbirləri   ənənə   şəklinə   salmaq
lazımdır.  

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin