Tələbənin əsas əməyi
təlim əməyidir. Buna görə də ali məktəbin başlıca vəzifəsi
– I kursdan başlayaraq tələbələrə təlim əməyi vərdişləri, zehni əmək mədəniyyəti,
əməyin elmi təşkili bacarıqları aşılamaqdan ibarətdir. Tələbələri öz təlim fəaliyyətlə-
rini düzgün planlaşdırmağa, hər fənn üzrə səmərəli iş priyomlarının tətbiqinə, özünü-
nəzarət və özünüqiymətləndirməyə geniş cəlb etmək lazımdır. Bu priyomlara yaxşı
yiyələnməklə tələbələrdə özünütəhsil bacarıqları formalaşdırmaq asan olur.
Tələbənin əməyi təkcə təhsil əməyi ilə məhdudlaşmır. Buraya habelə özünəxid-
mət əməyi, ictimai-faydalı əmək, məhsuldar əmək kimi sahələr daxildir. Ali məktəbdə
özünəxidmət əməyi auditoriyaların təmiz saxlanması, kitabxana kitablarının təmiri,
növbətçilik, iməciliklər formalarında həyata keçirilir.
İctimai-faydalı əmək növü ictimai faydası olan könüllü əməkdir.
Məhsuldar əmək bilavasitə müəyyən məhsul istehsalı ilə bağlıdır. İstehsalat
təcrübəsi keçən tələbələr müxtəlif peşə-ixtisas sahələrində belə əməklə məşğul olmaq
imkanı qazanırlar.
Dostları ilə paylaş: