Tələbələrin fəal zehni işə cəlb edilməsi təlimin səmərəli təşkilindən,
təlimdə ax-
tarıcılıq, tədqiqatçılıq situasiyasının yaradılmasından çox asılıdır. Müəllim tələbələri
zehni və əməli problemlərin həllinə, yaradıcı tapşırıqlara, elmi diskussiyalara geniş
cəlb etməklə tədqiqatçı vəziyyətinə sala bilər. Axtarıcılıq, tədqiqatçılıq işi tələbəyə öz
qüvvəsi ilə yeni elmi biliklər əldə etmək, elmi problemləri həll etmək sevinci –
kəşf
sevinci bəxş edir. Bu isə onda özünə hörmət, özünütəsdiq və iftixar hissləri yaradır.
Təlimdə tədqiqatçılıq ünsürü – gənclərin zehni və mənəvi yüksəlişinin vacib şərtidir.
Dostları ilə paylaş: