Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Tələbə gənclərin elmi dünyagörüşünün



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə135/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   131   132   133   134   135   136   137   138   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

2. Tələbə gənclərin elmi dünyagörüşünün 
formalaşması, əqli, ideya-mənəvi və əmək tərbiyəsi
Şəxsiyyətin formalaşması çox erkən yaşlardan başlasa da, bu proses ali mək-
təbdə daha intensiv şəkildə davam etdirilir. Ali məktəbdə tərbiyə prosesi mütəxəssis
üçün zəruri olan keyfiyyətlərin, ilk növbədə elmi dünyagörüşünün formalaşmasına,
şəxsiyyətin sosiallaşmasına yönəldilir. 
Elmi  dünyagörüşünün formalaşması. Dünyagörüşü insanın  həyata baxışları
sistemidir. O, şəxsiyyətin təməlini, sütununu təşkil edir, onun formalaşmasının mü-
hüm   göstəricisidir.  Bitkin   və   sistemli   dünyagörüşünə   malik   insan   möhkəm   həyat
mövqeyi, məqsədyönlülüyü ilə seçilir. Dünyagörüşünün formalaşması üçün onun bü-
tün struktur komponentlərinə – zehni, emosional və iradi komponentlərə təsir göstər-
102


mək lazımdır. Müəyyən ideyalar və baxışlar o zaman dünyagörüşünə çevrilir ki, tə-
ləbə bilik və ideyaları şüurlu dərk etsin, onların həqiqiliyinə inansın (zehni kompo-
nent); ideyaları daxilən hiss etsin, onlarla yaşasın, həyəcanlansın (emosional kom-
ponent); həmin ideyaları öz davranışına, gündəlik əməli fəaliyyətə tətbiq etsin (iradi
komponent). Qəlbin iştirakı olmadan şəxsi əqidə, dünyagörüşü formalaşdırmaq müm-
kün deyildir: soyuq ürəkdə, yatmış ağılda yüksək hisslər, dünyagörüşü ideyaları ola
bilməz. 
İdeya və baxışların dünyagörüşünə çevrilməsi mürəkkəb prosesdir. Bunun üçün
gənclərdə dünyaduyumu, həyat hadisələrinə münasibəti, onları təhlil edib qiymətlən-
dirmək bacarıqları formalaşdırmaq lazımdır. 
Dünyagörüşünün formalaşması bir çox  amillərlə  şərtlənir: cəmiyyət həyatı, in-
sanın çoxcəhətli ictimai münasibətləri, müəllim və valideynlərin təsiri, təlim-tərbiyə
prosesi, informasiya vasitələri, mütaliə və s. belə amillərdəndir. 
Elmi dünyagörüşünün əsasını elmi biliklər, ideya və baxışlar təşkil edir. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin