3. Əmək və peşə hazırlığı
4.
Estetik zövq
5. Fiziki sağlamlıq, gümrahlıq
6. Ekoloji,
hüquq və iqtisadi mədəniyyət
3.
Əmək tərbiyəsi
4.
Estetik tərbiyə
5.
Fiziki tərbiyə
6. Ekoloji,
hüquq və iqtisadi tərbiyə
Şəxsiyyətin ahəngdar inkişafı üçün göstərilən tərbiyə sahələri kompleks şəkildə
həyata keçirilməlidir.
Tərbiyənin məzmunu. Məqsəd – pedaqoji prosesin birinci ünsürüdür. O, fəa-
liyyətin digər ünsürlərini – məzmun, vasitə və metodları müəyyən edir. Tərbiyənin
məzmunu gənc nəslə aşılanacaq tərbiyə keyfiyyətlərinin məcmusudur. O, ahəngdar
şəxsiyyət tərbiyəsinin bütün tərkib hissələrini özündə birləşdirir. Buraya elmi dün-
yagörüşünün formalaşması, əqli tərbiyə, ideya-mənəvi tərbiyə, estetik tərbiyə, əmək
tərbiyəsi, fiziki tərbiyə, ekoloji, hüquq və iqtisadi tərbiyə daxildir. Bu tərbiyə sahələri
tərbiyənin ümumi məqsədinin həyata keçirilməsində mühüm rol oynayır.
Tərbiyənin tərkib hissələri birlikdə ümumi məqsədin – ahəngdar şəxsiyyət
tərbiyəsinin həyata keçirilməsində iştirak etsə də, onların hər biri özünə məxsus
aparıcı (dominant) funksiyanı yerinə yetirir. Bütövlükdə tərbiyə prosesini səmərəli
qurmaq üçün onun ayrı-ayrı tərkib hissələrinin xüsusiyyətlərini, vəzifələrini, məzmun
və formalarını qısaca nəzərdən keçirək.
Dostları ilə paylaş: