Stimullaşdırıcı funksiya – tələbəni müxtəlif yollarla təhsilə təhrik etməyi və
istiqamətləndirməyi nəzərdə tutur. Başlıca amil tələbədə mənəvi tələbatların forma- laşdırılmasıdır. Elmi biliklərə yiyələnmək daxili tələbatdan doğduqda daha səmərəli
nəticələr əldə etmək mümkündür. Təhsilin çətin məqamlarında müəllim tələbələri (şagirdləri) hədələməklə, əsəbi hərəkətlərlə, imtahan qiymətləri ilə qorxutmamalı, əksinə, onlarda inam və ümid qığılcımları oyatmalıdır.
Hər sahədə olduğu kimi, təhsildə də motivlər emosiyalarla sıx bağlıdır. İstənilən işə maraq, meyl yaratmaq üçün bu iş insanda müsbət emosiyalar doğurmalıdır. Mən-
fi emosiyalar (qorxu, inamsızlıq, təşviş, həyəcan) işə, təlimə səyi azaldır. Müəllimin
xoş sözü, tərifi, müsbət rəyi, inamı, çətin anda köməyə gəlməsi tələbəyə sanki qüvvət
verir, onu daha yaxşı oxumağa ruhlandırır.