3. Müəllimin peşə qabiliyyətləri Təlim-tərbiyə işinin səmərəsi müəllimin şəxsi keyfiyyətlərindən, ilk növbədə isə
onun pedaqoji peşə qabiliyyətlərindən asılıdır. Müəllimin peşə qabiliyyətləri çoxdur:
əsas pedaqoji qabiliyyətlərə daxildir: akademik (nəzəri), didaktik, konstruktiv,
ünsiyyət (kommunikativ), təşkilatçılıq, perseptiv qabiliyyətlər.
Akademik (nəzəri) qabiliyyətlər – müəyyən elm sahəsi ilə (fizika, riyaziyyat,
pedaqogika, psixologiya və s.) bağlı qabiliyyətlərdir. Akademik qabiliyyətli müəllim yüksək elmi hazırlığı, geniş dünyagörüşü, elmi problemlərə dərin marağı ilə seçilir.