Ali məktəb didaktikası qarşısında bir sıra
vəzifələr durur. Onları bir neçə qrupda
birləşdirmək olar:
1.
Təlimin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi: nə məqsədlə öyrətmək
və öyrənmək? Bu suallara cavab tapmadan didaktika təlim və təhsilin digər mə-
sələlərini həll edə bilməz.
2.
Təhsilin məzmununun müəyyənləşdirilməsi: nəyi öyrətmək və öyrənmək? Bu
məsələlər “Təhsilin məzmunu” mövzusunda nəzərdən keçirilir.
3.
Təlimin vasitə və metodlarının müəyyənləşdirilməsi: necə öyrətmək və öyrən-
mək?. Bu məsələlər “Təlim metodları və vasitələri”, “Təlimdə nəzarət və qiymətlən-
dirmə” mövzularında nəzərdən keçirilir.
4.
Təlimin səmərəli təşkili formalarını müəyyənləşdirmək: hansı formada öy-
rətmək və öyrənmək?. Bu məsələlər “Təlimin təşkili formaları” mövzusunda nəzərdən
keçirilir.
Didaktikanın qarşısında duran vəzifələri, onun həll etməli olduğu problemləri
kompleks halda, qarşılıqlı əlaqə və asılılıqda götürmək mühüm şərtdir.
Dostları ilə paylaş: