Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə40/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Təşkilatçılıq qabiliyyətləri  – müəllimin özünün və tələbələrin, habelə tələbə
kollektivinin  fəaliyyətini təşkil edib istiqamətləndirməklə  bağlı qabiliyyətlərdir. Bu
qabiliyyətlər pedaqoji fəaliyyət üçün çox böyük əhəmiyyətə malikdir, çünki bütöv-
lükdə pedaqoji fəaliyyət təşkilatçılıq xarakteri daşıyır. 
Perseptiv qabiliyyətlər  – tələbənin daxili aləminə  nüfuz etmək,  psixi halını
duymaq bacarıqlarıdır. O özündə bir neçə bacarığı birləşdirir: pedaqoji müşahidəçi-
lik, başqalarının halına acımaq, pedaqoji intuisiya.
Pedaqoji müşahidəçilik  tələbənin, eləcə də kollektivin zahiri əlamətləri,  dav-
ranışı əsasında onun daxili vəziyyəti, psixi halı, inkişafı (bilik və davranışdakı kəsir-
lər, yaxud müsbət dəyişikliklər) haqqında informasiyalar əldə etmək bacarığıdır. Bu
isə müəllimə öz işini düzgün qarmaqda kömək edə bilər. 
Müşahidəçilik başqa bir bacarıqla –  empatiya (adamları başa düşmək, onların
41


dərdinə şərik olmaq) bacarığı ilə sıx bağlıdır. Adamların daxili aləmini qavramaq (o
cümlədən mimika ilə), onların sevinc və kədərini bölüşdürmək hər cür ünsiyyətdə,
xüsusən pedaqoji ünsiyyətdə mühüm əhəmiyyət kəsb edir. Bu bacarığın tətbiqi üçün
müəllim özünü tələbənin yerində qoymalı, onun maraq və qayğıları ilə bölüşməyə
çalışmalıdır.
Müşahidəcilik və təcrübə insanda  intuisiya qabiliyyətinin  inkişafına əsas verir.
Müəllimin   fəaliyyətində   intuisiya   həm   də   pedaqoji   fəhmdə   ifadə   olunur.   Usta
müəllim   pedaqoji   prosesin   və   ya   konkret   insanın   inkişafının   gedişini   qabaqcadan
duyur, buna müvafiq olaraq profilaktik tədbirlər görür.
Nəzərdən   keçirilən   qabiliyyətlərə   mükəmməl   yiyələnən   müəllim   düzgün   ün-
siyyət qurmaqla təlim-tərbiyə işində yüksək nəticələr əldə edir.
Pedaqoji qabiliyyətlər müəllimin şəxsi keyfiyyətləri ilə sıx bağlıdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin