Konstruktiv qabiliyyətlər – müəllimin özünün və tələbələrin fəaliyyətini layi- hələşdirmək bacarıqlarında ifadə olunur. Bunun üçün təcrübəli müəllim tədris etdiyi
fənnin məqsəd və vəzifələrini, hansı biliklərin, bacarıq və vərdişlərin tələbələrə
aşılanacağını, onların hansı həcmdə və sistemdə, hansı vasitə və metodlarla keçilə-
cəyini müəyyənləşdirir, tələbələrlə aparılan bütün iş növlərini və formalarını (müha-
zirə, məşğələ, fərdi iş, elmi-tədqiqat işi, auditoriyadan kənar işlər və s.) planlaşdırır.