Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə94/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Mühazirəyə verilən tələblər. Yaxşı mühazirə necə olmalıdır? O, hansı tələb-
lərə cavab verməlidir? Mühazirənin səmərəli olması üçün ona müəyyən pedaqoji tə-
ləblər verilir. Belə tələblər çoxdur. Onları bir neçə qrupda birləşdirmək olar:
1) Mühazirənin məzmununa verilən tələblər: mühazirə tədris proqramına uyğun
olmalıdır; elmin müasir səviyyəsini əks etdirməli, mövzu elmi cəhətdən düzgün şərh
edilməli; mühazirədə təlimin prinsipləri gözlənilməlidir (sistematiklik, nəzəriyyə və
təcrübənin vəhdəti, şüurluluq və fəallıq, əyanilik, müvafiqlik və s).
Mühazirəçinin nitqinə verilən tələblər: mühazirəçinin nitqi aydın, sadə, yığcam,
ədəbi dil normalarına uyğun, anlaşıqlı, canlı olmalıdır; nitqin tempi orta (adi danışıq
tempində), tonu dəyişkən olmalıdır (danışığın məzmununa uyğun olaraq ton dəyiş-
məlidir); nitq texnikasından (diksiya, intonasiya, məntiqi vurğu, pauza və s.), mimika
və jestlərdən düzgün istifadə etməlidir. Mühazirəçinin nitq üslubu müxtəlif üslubların
73


elementlərini (elmi-kütləvi, publisistik, bədii-obrazlı) özündə birləşdirən elmi üslubda
olmalıdır.
2) Mühazirənin estetik, mənəvi-psixoloji mühitinə verilən tələblər: mühazirədə
yüksək mənəvi-psixoloji iqlim hökm sürməlidir (xeyirxahlıq, humanizm,  qarşılıqlı
inam, anlaşma, mədənilik, əməkdaşlıq); mühazirədə estetik mühit, müsbət emosional
fon yaradılmalıdır (yüksək əhval-ruhiyyə, gümrahlıq, yaradıcı mühit, gözəllik mühiti,
yüksək münasibət, nitq, davranış və geyim gözəlliyi); müəllim yumor hissinə malik
olmalı, mülayimlik və ciddiliyi uzlaşdırmağı bacarmalıdır.
3) Mühazirədə   tələbələrin   fəaliyyətinə   verilən   tələblər:   mühazirə   prosesində
tələbələrin fəallığı təmin olunmalı, bu məqsədlə müxtəlif priyomlardan istifadə edil-
məlidir: problem vəziyyət yaratmaq, tələbələri problemlərin həlli ilə bağlı mülahizə-
lər yürütməyə, diskussiya və dialoq ünsürlərinə, qeydlər götürməyə sövq etmək; diq-
qəti cəlb etmək məqsədi ilə mövzu ilə bağlı maraqlı faktlar, həyati misallar gətirmək
və s. 
Mühazirəyə verilən bütün bu və ya digər tələblərə cavab vermək üçün müəllim
mühazirəyə ciddi  hazırlaşmalı,   mühazirənin  təşkilati  tərəfinə,  quruluşuna   da ciddi
fikir verməlidir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin